ice berg

ice berg İdman 24-12-2020, 18:00

Maradonanın ekspertiza cavabları açıqlandı

Maradonanın ekspertiza cavabları açıqlandı
Toksikoloji araşdırma zamanı məlum olub ki, 25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində spirt və narkotik maddə olmayıb.

LoAdİnG.Az Sonxeber.az`a istinadən xəbər verir ki, bu barədə "Telam" xəbər yayıb.

Məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.

Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər.

Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.

İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
404 402 370 392 413 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.