ice berg

ice berg Məşhurlar 24-12-2020, 19:00

Bill Qeytsdən pandemiya ilə bağlı ŞOK AÇIQLAMA

Bill Qeytsdən pandemiya ilə bağlı ŞOK AÇIQLAMA
Koronavirusa qarşı peyvənd işlərinə artıq başlanmasına baxmayaraq, qarşıdakı aylarda pandemiya daha da arta bilər.

LoaDinG.aZ xəbər verir ki, bu barədə "Microsoft" şirkətinin banilərindən biri, tanınmış iş adamı və xeyriyyəçi Bill Qeyts (Bill Gates) şəxsi bloqundan bildirib.

Pandemiyanın artması barədə bəhs edərkən B.Qeytsin istinad etdiyi kompüter modelləri gələn ay dünyada vəziyyətin kəskinləşəcəyini göstərir. Bununla belə, qoruyucu maska taxmaq və sosial məsafə gözləməyin koronavirusa qarşı səmərəli vasitə olduğunu xatırladan iş adamı bütövlükdə 2021-ci il ərzində yoluxma və ölüm hallarının tədricən azalacağı, həyatın adi məcrasına qayıdacağı qənaətindədir. Bu nikbinliyini B.Qeyts müxtəlif ölkələrdəki peyvəndləmə tədbirlərinin yazda ümumdünya miqyası alacağına dair proqnozlarla əsaslandırıb.

Digər tərəfdən peyvənddən boyun qaçıranların çoxalmasına da münasibət bildirən amerikalı iş adamı elmin qüdrətinə qarşı bu cür etinasızlığı başa düşmədiyini vurğulayıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 385 371 424 409 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.