Gulusum

Gulusum Sağlamlıq 24-12-2020, 18:30

Mövsüm keçidlərində immuniteti gücləndirən ərzaqlar

Mövsüm keçidlərində immuniteti gücləndirən ərzaqlar
Qatıq
Həzm sistemi ən böyük immunitet sistemi orqanlarından biridir. Qatığın tərkibində olan prebiotik və probiotiklər bədəni mikroblardan uzaq tuta bilər. Gündə ən az 1 porsiya yeyərək immunitet gücləndirə bilərsiniz.

Badam
Badam antioksidant olan E vitamini ilə zəngindir. Tənəffüs yolu mikrobları, soyuqdəymə ilə mübarizə aparır. Gündəlik 1 porsiya badam yeməkdə fayda var.

Bal
Boğaz ağrılarını yumşaldan xüsusiyyətə malikdir. Antioksidant və antimikrob xüsusiyyəti sayəsində virus, bakteriya və göbələk kimi infeksiyalarla mübarizə aparır.

Şokolad

Kakao hüceyrələri dəstəkləyir, infeksiyalara qarşı mübarizə aparmaq üçün immunitet sisteminin gücünü artırır.

Çay
Aparılan araşdırmalar gündəlik 5 stəkan qara çayın 2 həftə ərzində immuniteti gücləndirdiyi ortaya çıxmışdır. Gündə 1-3 stəkan arası qara, yaşıl və ya ağ çay için.

Çiyələk
Güclü antioksidant olan C vitamini qrip və soyuqdəymənin müddətini və şiddətini qısaldır. Çiyələk C vitamini ilə zəngindir. Gündəlik 1 su stəkanı çiyələk C vitamini ehtiyacının 60%-niq qarşılayır. 10 ədəd çiyələk 1 böyük boy portağaldan daha çox C vitaminə sahibdir.

Sarımsaq
Gündə 2 diş sarımsaq yemək tövsiyə edilir. Sarımsağın viruslara qarşı olan gücünü hamı bilir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 391 396 407 424 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.