ÊLfidÂ

ÊLfid Sağlamlıq 27-12-2020, 17:00

Yaddaşı gücləndirəcək qidalar

Yaddaşı gücləndirəcək qidalar


Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir. Xüsusi ilə meyvə-tərəvəzlərdə orqanizmə təsirli olan vitamin və minerallar var.

Məlumata görə 50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.

Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər yaddaşı yaxşı formada saxlamağa kömək edir.
Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur.
Gün ərzində ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.
Diqqət problemi olanlar isə istəyə uyğu qoz , fındıq və digər çərəzlərdən faydalana bilər.
Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.
Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
375 441 422 441 411 447

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.