Necə öyrədim

Dəli bir şimşək ol gözlərimdə çax,
Kədərini unut sevincindən bax.
Məndən istədiyin diləyə bir bax,
Mən sənə sevməyi necə öyrədim.

Sevirəm demirsən dilindən tutum,
Saçını oxşayım,belindən tutum.
Yazı uazmırsanki əlindən tutum,
Mən sənə sevməyi necə öyrədim

Qəlbimi üşüdən külək deyilsən,
Mənə mənim qədər uzaq deyilsən.
Sən körpə deyilsən,uşaq deyilsən,
Mən sənə sevməyi necə öyrədim...








