ice berg

ice berg Şeirlər 27-12-2020, 20:00

Nəyim varsa mənimLədir..

Nəyim varsa mənimLədir..
Hicran məndə, görüş məndə,
Kədər dolu gülüş məndə.
Tanrı sərvət bölüşəndə,
Mənə düşən dərdim-qəmim,
  mənimlədir!


Dünya uca, dərdi dərin,
Qardaşıyam dərdlilərin.
Övladıyam göyün-yerin.
Nisgili sonsuz aləmim,
  mənimlədir!

Yelkən açdım ümmanlarda,
Üzdüm coşan tufanlarda.
Lövbər atdım limanlarda,
Sınıb gələn arzu gəmim,
  mənimlədir!

Mən qatdıqca ili-ilə,
Nəyim vardı, getdi yelə
Şükürler ki, mənim helə,
Bir üreyim, bir qələmim,
  mənimlədir!

Nəbi Xəzri..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
501 559 461 437 482 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.