Bakılı Avara

Bakılı Avara Texnologiya 28-12-2020, 10:00

“WhatsApp” yeni ildən bir sıra mobil telefonlarda işləməyəcək

“WhatsApp” yeni ildən bir sıra mobil telefonlarda işləməyəcək
Gələn ilin yanvarın 1-dən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.

Proqramın rəsmi saytının yaydığı məlumata görə, “WhatsApp” bəzi cihazlarla uyğunluğunu dayandıracaq.

Konkret olaraq əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlar bu tətbiqdən məhrum olacaqlar. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.

Tətbiqin “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”i dəstəkləməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
516 487 443 450 458 437

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.