Şuşada Qarabağ vəkil bürosu yaradılıb
"Qarşımızda Qarabağ bölgəsində yeni vəkil qurumlarının yaradılması kimi şərəfli vəzifə dayanır. Dədə-baba yurdlarına, doğma torpaqlarına qayıdan vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməli, onların hüquqi yardıma çatımlılığı təmin edilməlidir. Vəkillik bu vəzifəni də ən qısa zamanda yerinə yetirəcək. Beləliklə, Vəkillər Kollegiyası illər boyu hüquqi yardıma çatımlılığın təmin olunmadığı ərazilərimizdə fəaliyyət göstərəcək. Artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək. Biz çalışacağıq ki, həmin qurumun fəaliyyətinin təşkili üçün bütün lazımi səyləri göstərək".
LoaDinG.aZ xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib.
Prezident İlham Əliyevin 2019-cu il 25 dekabr tarixli Sərəncamına əsasən, dekabrın 28-nin Azərbaycanda Vəkil Günü elan edildiyini vurğulayan A.Bağırov bildirib ki, bu il vəkillər üçün xüsusi əhəmiyyət kəsb edir:
"Vətən müharibəsindəki Qələbə ilində peşə bayramını qeyd etmək qürurvericidir. Bu gün Fəxri xiyabanı ziyarət edərək ulu öndər Heydər ƏIiyevin əziz xatirəsini yad etmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini Şəhidlər xiyabanında anmağı özümüzə borc bilirik. İyirmi bir il əvvəl - 1999-cu il dekabrın 28-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun qəbul olundu. Beləliklə, ölkədə demokratik, müstəqil, qeyri-dövlət və bütün vəkilləri birləşdirən hüquqi təsisat kimi Vəkillər Kollegiyası fəaliyyətə başlayıb.