ADMiN

ADMiN Şeirlər 24-02-2017, 08:28

Daşdan oxuyuram sənin adını

Daşdan oxuyuram sənin adını


DAŞDAN OXUYURAM SƏNİN ADINI

Ata, sinəm olub dərdlərə meydan,
Adın çəkiləndə gözlərim dolur.
Sən gedəli utanıram anamdan,
Onun al yanağı günbəgün solur.

Daşdan oxuyuram sənin adını

Kirpiyinin nəmi əskik olmayır,
Anam baxışların gizlədir məndən.
Sanki itiribdir nəsə tapmayır,
Elə bil bir xəbər gözləyir səndən. 


Daşdan oxuyuram sənin adını

Daim fikirlidir, çöhrəsi gülmür,
Xəyallar içində sanki boğulur.
Kimsəylə dil tapmır, dərdini bölmür.
Hər nə iş görsə də fikri dağılır.

Daşdan oxuyuram sənin adını

Sən belə insafsız deyildin, ata,
Niyə bizə qıydın ağrı-acını?
İndi sənə çatmır əllərim mənim,
Daşdan oxuyuram sənin adını.


Süsəngül Hakim qızı


Daşdan oxuyuram sənin adını

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
682 700 649 675 670 610

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.