HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 2
Bölüm 2.
..............
Dərs çıxışı universitet üçün alışveriş edəcəkdim. Kitab mağazasından lazım olan nə varsa aldım. Nədənsə bu halıma gülümsədim. Hər zaman alışverişə həvəsli idim. Pulu ödəyib, satıcıya təşəkkür etdim. Geri dönəndə qoluma dəyən zərbənin təsirindən acı ilə gözlərimi bağladım. Çiynimdəki çanta yerə düşmüşdü.
-Hey, bu sənsən?..
Ah, bu səs mənə necə də tanış gəlirdi. Gözlərimi açıb səs gələn tərəfə baxdım. İlahi, bu ki bir az əvvəl tanış olduğum Azad idi. Sualı və mənə gülümsəməyi məni əsəbləşdirmişdi. Ən azından üzr istəməsini gözləyirdim. Çantamı yerdən götürüb əsəbi şəkildə dedim: Hə,mənəm. Başqası olsa, neynəyəcəkdin?
Cavabını gözləmədən mağazadan çıxdım. Bu oğlanlar hərdən bilə-bilə kobudluq edirlər.
- Dayan, dayan. Adın nə idi?
Arxamca qaçırdı. Ürəyim dözmədi. Geriyə çevrilib mənə çatmasını gözlədim.
- Bağışla. İstəmədən oldu. Ümid edirəm çox incitmədim səni.
Bu sözləri ürəyimi yumşaltmışdı.
-Önəmli deyil, keçdi..Adım Nazlıdır .( Sanki,böyük səhv etmiş kimi dodağımı dişlədim)
Azad: Nazlı. Nə gözəl adın var. Məmnun oldum. Bu gün dərs sonuna gəlmişdim deyə sənlə tanış ola bilmədim.
Azad saçlarını qarışdırıb gülümsədi. Və davam etdi: "Yaxınlıqda yaşayırsan?"
İlk gün tanış olduğum birinə özüm haqda başqa bir şey deməyib söhbəti yekunlaşdırdım. Sağollaşıb ondan ayrıldım.. Bir az şəhərdə dolaşıb uşaqlıq xatirələrimi yadıma saldım.Atamla bağlı xatirələrimin çoxu bu şəhərdə qalmışdı. Necə gözəl günlər idi..Atam "Nazlı qızım" deyərək əzizləyirdi məni.. Adımı da o seçmişdi.. Qızımı ən çox mən istəyirəm deyib anamı əsəbləşdirirdi həmişə. Anamsa mənə "evimizin Günəşisən" deyirdi.
Evə çatanda axşam idi.Günün yarısını evdən kənarda keçirmişdim. Gündəlik işlərimi tamamlayıb özümü yatağa atdım. Bu gün olanları fikirləşdim,sadəcə. Sonra özümü yuxunun qollarına buraxdım. Dərinlərdən qulağıma gələn səs məni gülümsətdi: "Nazlı qızım" ..
Zəngli saatın səsi ilə çarpayıdan atıldım. Gərək zəng səsini dəyişəm. Yoxsa bu gedişlə dəli olacam. Cəld hazırlanıb evdən çıxdım. Universitetə tez gəlməyi sevirdim. Həyətdəki skamyaya əyləşib dərsin başlamasını gözləyirdim. Qrup yoldaşlarımdan bəzilərini tanıyırdım. Bəzilərinin üzünə belə baxmamışdım..
-Belə ciddi dayanırsansa, hər halda nə isə düşünürsən.. Doğru bildim?
Düşüncələrimdən ayrılıb başımı yuxarı qaldırdım. Yenə Azad idi. Məndən nə istəyirdi axı?
-Bax,yenə düşünürsən..
Gülümsədim: "Doğrudur,düşünürəm".
Qısa cavab verməklə kifayətləndim. Mənim ünsiyyət qurmaq bacarığım yox idi. Lakin, Azad məğlub olmaq fikrində deyildi. Yanımda əyləşdi. Bu necə rahatlıq idi?Heç məndən icazə də istəmədi.
Azad:Belə getsə universiteti bitirənə qədər özünə dost tapa bilməyəcəksən.
Mən: Sən buna görə niyə narahatsan? Azad nəsə deyəcəkdi ki, zəng çalındı. Dərs başlayırdı. Birlikdə universitet binasına addımladıq. İkimiz də susmuşduq. İkimiz də düşünürdük..
Hər kəs öz sıra yoldaşından məmnun idi, deyəsən. Azad yenə mənim yanımda əyləşməli olmuşdu. Dərs fasilələrində bir neçə qız mənə yaxınlaşıb tanış olmuşdu. Növbəti dərs mühazirə olacaqdı. Mühazirə otağı daha böyük idi. Boş olan sıralardan birinə əyləşib müəllimin gəlməsini gözlədim. Bu dəfə sıra yoldaşım Azad deyildi. Deyəsən, digər qrupdan idi. Heç rahat deyildim və yerimi dəyişmək üçün sağa-sola boylandım.
"Rahat deyilsənsə yerimi dəyişə bilərəm" dedi yanımdakı adam..
Utandığımdan "Yox" deyə bilmişdim. Bir anlıq gözlərinin içinə baxıb yenidən gözlərimi qaçırdım. 19-20 yaşında birinə bənzəmirdi. Elə zənn edirdim ki, yaşca böyükdür.
-Sən digər qrupdansan hə?
Düşüncələrimdən onun sualı ilə ayrıldım.
Çəkici səs tonu var idi. Üzünə baxmadan başımı aşağı-yuxarı elədim.
-Adım Kənandır.
Elə bu vaxt müəllim gəldi. Tələbələrin davamiyyəti yoxlandıqdan sonra dərsə başladıq. Dərs bitəndən sonra Kənan "Məmnun oldum, Nazlı" deyib gülümsəyərək getdi. Müəllim davamiyyət yoxlayanda adımı çəkmişdi, Kənan da sualına cavab tapmışdı. Dünən Azad,bu gün Kənan. Sabah nə olacaq görəsən...Tezliklə dərsin bitməsini arzulayırdım...
Dərs həftəsinin son günü idi. Artıq öyrəşmişdim universitet həyatına. Qrup yoldaşlarımla az da olsa ünsiyyət qurmuşdum. Bu mənim üçün müsbət hal idi. Azadla da danışırdım. Ara-sıra mənlə zarafat edir, məni güldürürdü. Dərsdən sonra evə getmək istəsəm də fikrimi dəyişib universitet yaxınlığındakı parka getdim. Addımlarımı sayırdım. Uşaqlıqdan qalan bu adətimi unuda bilməmişdim. Gözüm skamyaların birində ağlayan qıza sataşdı. Ah.. Qrup yoldaşım idi. Nə olmuşdu,görəsən? Bu halda ona yaxınlaşmaq mövzusunda tərəddüdlü idim. Geri dönmək istəsəm də ürəyim dözmədi. Addımlarımı ona tərəf sürətləndirdim.
Mən: Sara? Sənə nə olub? Nə üçün ağlayırsan?
Cavab vermək əvəzinə daha da möhkəm ağlamağa başladı. Yanına əyləşib sakitləşməyini gözlədim. Yenidən danışmağa başladım: Sara,ağlamaq bəzən heç nəyi qaytarmır. Mənə danışa bilərsən. Bəlkə,sənə kömək edərəm.
Başını qaldırıb mənə baxdı. Ağlamaqdan gözləri şişmişdi.
- Ən yaxın rəfiqəm məni evdən atdı.
Cavabı məni qane etməmişdi. Nə olduğunu anlamırdım. Susduğumu görüb danışmağa davam elədi: Rəfiqəmin xeyli pulu itib. Bir neçə gün əvvəl ondan pul istəmişdim o da verməmişdi. İndi isə məndən şübhələnir. Nə desəm də mənə inanmır.
Mən: Zəng et. Onunla danış. O ki sənin rəfiqəndir. Bəlkə, pulunu tapıb.
Sara: Zəng etmişdim. Məni təhqir etdi, etmədiyim bir işə görə məni günahlandırdı. Evə onun başqa tanışları da gəlir. O isə məni şərlədi..
Mən: Heçmi ümid yoxdur?
Çantamdan dəsmal çıxarıb ona verdim. Sara gözlərinin yaşını sildi.
Sara: Bilirsən,bu səhər evdən çıxanda fikirləşirdim hər şey düzələcək. Dərsdən sonra mənə zəng edib dedi ki əşyalarını yığmışam, gəl götür və rədd ol həyatımdan. Mənə sənin kimi yoldaş lazım deyil,oğurladığın pulu da istəmirəm...
Saranın çarəsizliyinə üzülmüşdüm. Özümü onun yerinə qoydum bir anlıq. Günahsız olduğun halda günahlandırılmaq nə qədər düzgün ola bilərdi?
-Rəfiqən doğru deyir.
Sara təəccüblə üzümə baxdı:"Nə?"
Ona yoldaş lazım deyil, amma mənə yoldaş lazımdır deyib Saraya sarıldım...
Müəllif-ParadiseSark
2-ci bölüm sonu...