ADMiN

ADMiN Bürclər 24-02-2017, 08:36

Bürclər - 24 FEVRAL

Bürclər - 24 FEVRAL

Qoç - cari fəaliyyətinizdə zəruri islahatlar edin. Tərəfdaş və ya şəriklə yeni sifarişi, tapşırığı və ya işi nəzərdən keçirin. Amma tələsik qərar qəbul etməyin.

Buğa - gün gərgin başlanacaq. Buna rəğmən, imkanların zirvə səviyyəsindəsiniz və ən ağır işə başlaya bilərsiniz. Hadisələrin qəfil dönüşünə, spontan tədbirlərə və çalışdığınız insanların motivasiyasız inadkarlığına hazır olun.

Əkizlər - təsadüfi görüşlərdə həssas və təmkili olun. Axşam saatlarında diqqətli olun. Ailə üzvləri ilə ümumi işə başlaya bilərsiniz.

Xərçəng - siddi və mühüm işə başlamayın. Amma sizi maraqlandıran təfərrüatları mütləq şəkildə nəzərə alın. Çoxdan bəri aradığınız informasiya tapılacaq və ya daha faydalı nə isə aşkarlayacaqsınız.

Şir - gərgin və ağır gündür. Emosiyalar məntiqi üstələyə bilər. Gərəksiz sözlər söyləməyin, ehtiyac duyulmayan hərəkətlər etməyin. Ən önəmli situasiyalarda sinirlənəndə 10-a qədər sayın.

Qız - nədəsə şübhələnirsinizsə, qərarı və ya əməli təxirə salın. İntriqalar quran, münaqişələr yaratmağa meylli olan insanlarla təmaslardan yayının. Fiziki iş üçün əlverişli vaxtdır.

Tərəzi - qayda, nizam və tələskənliyin olmaması problemlərdən qurtulmağa imkan verəcək. Yaşamınızdakı gərəksiz nəsnələrdən və ünsürlərdən qurtulun.

Əqrəb - hansısa məsələni dəqiq bilməməyinizlə bağlı durumun üzə çıxa biləcəyi görüş və danışıqları təxirə salın. Ənənəvi rejimə riayət edin, rutin məsuliyyətlər çərçivəsindən kənara çıxan nə isə etməyin.

Oxatan - bu gün çox mühüm işə başlamayın. Səhv salmaq, itirmək, yanlış seçim etmək şansı böyükdür. Yanvarın əvvəllərində sizi narahat etmiş məsələ ilə indiki probelmlər arasında əlaqə üzə çıxacaq.

Oğlaq - səhhətinizə fikir verin, dürüst qidalanın. Hətta pozitiv stress və xəbərlər də yuxusuzluğa səbəb ola bilər.
Dolça - əlavə iş götürməyin, çözüləsi məsələləri artırmayın. Ağırlıq izafi ola bilər. Tələskənlik və hövsələsizlik qəza, hədə, travma, maliyyə itkiləri yarada bilər.

Balıqlar - önəmli işləri günün ilk yarısında başa vurmağa çalışın. Ətalətli və süst davransanız, istədiyinizi əldə edə bilməyəcəksiniz. Səhvlər və yanlışlıqlar üzə çıxacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
675 730 696 701 639 630

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.