Bütün gün danışaq, həmişə bir-birimiz üçün darıxaq amma sevgili olmayaq. Balıq tutaq, sonra tutduğumuz balıqları yenə dənizə ataq. Bir-birimizin işlərinə qarışaq, qısqanaq, dalaşaq, küsək, yenə barışaq amma sevgili olmayaq nə olar. Bir yerdə gələcəyimizə dair xəyallar quraq, saatlarca telefonda danışaq, gəzməyə gedək, sahildə əl-ələ dolaşaq amma sevgili olmayaq biz. Sən başqa oglanlarla, mən başqa qizlarlarla əsla danışmayaq. Tək sadəcə biz olaq amma sevgili olmayaq. Bax çünki sevgililər ayrılırlar, sevgililərin sonu həmişə göz yaşıdı, sevgilər tez bitir.
Sən heç bitmə, sən heç getmə, nə olar, Mənim ol amma, sevgilim olma.