♔Kraliça♔

♔Kraliça♔ İslam Dini 4-02-2016, 19:50

Zövcəsini boşayıb və valideyn

Zövcəsini boşayıb və valideyn
Zövcəsini boşayıb və valideyn



Sual: Yoldaşım məni bir ay əvvəl boşayıb. Həmin vaxt biz Afrikada tətildə idik. Biz Almaniyada yaşayırıq. Ailəm mənim əşyalarımı götürdü, uşaqlarım və özüm valideynlərimin evinə getdik. Yoldaşım Almaniyaya qayıtdı və məni uşaqlarla orada (Afrikada) tərk etdi. Ailəm uşaqları götürüb geri gəlməyim üçün mənə bilet pulu düzəltdilər. İndi, yoldaşım deyir ki, o mənə zövcəsi kimi baxmır və mənə geri qayıtmaq üçün icazə verməmişdir. Mənə deyir ki, məni geri qəbul etməzdən öncə gedib onun valideynlərindən üzr istəyim. Mən onun valideynlərinin xətrinə dəymişdim və üzr istədim. Evə geri dönmək üçün ondan icazə almalıydım?

Cavab:

Həmd Allaha məxsusdur.

Əgər ərinizin sizə verdiyi talaq birinci yaxud ikinci isə bu halda bu geriyədönən talaq sayılır. Geriyədönən talaqdan bir sıra hökmlər ortaya çıxır. Bunlardan biri budur ki, boşanmış qadın iddəsini ərinin evində başa vurmalıdır; ərinin onu evdən çıxmağa məcbur etməsi icazəli deyil və qadın yalnız zərurət və ehtiyac halında çıxa bilər. Çünki Allah-Təala buyurur:

“Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin”.[1]

Lakin burada mühüm bir məsələ vardır ki, bunu burada qeyd etməliyik. Məsələ ondadır ki, geriyədönən boşanma ilə boşanmış qadın ərinin valideynlərinə qarşı (həyasız, ədəbsiz) davranıbsa yaxud onlarla kobud rəftar edibsə, bu halda kişinin onu evdən qovması və iddəsini başqa bir yerdə keçirməsi icazəlidir. Fəqihlər bu rəyi Allah-Təalanın bu ayəsinə əsasən irəli sürüblər:

“Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar.”


Sələfi salehlərimizdən bir çoxu ayədə keçən “zinakar” sözünü kişinin valideynlərinə qarşı (həyasızcasına, ədəbsiz) davranması və kobud rəftar etməsi kimi təfsir ediblər. Abdullah ibn Abbas, Allah ondan razı olsun, ayəni bu cür təfsir etmişdir və İmam Şafi, Allah ona rəhmət etsin, bunu doğru hesab etmişdir.

Ərinizə məsləhətimiz budur ki, sizə evə geri dönməyə icazə versin. Çünki sizin evə gəlməyiniz üçün valiydenlərindən üzr istəməyinizi şərt qoymuşdur və siz də bunu etmisiniz.

Doğrusunu Allah bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
893 919 832 927 870 800

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.