ADMiN

ADMiN Bürclər 26-02-2017, 01:52

Bürclər: 26 fevral

Bürclər: 26 fevral
Bürclər: 26 fevralQoç - düşünülməmiş addımlar atmayın, tələsik qərarlar qəbul etməyin. Nəyisə kökündən və dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə çox fərqli olsalar belə, bir neçə variantı nəzərdən keçirin.

Buğa - ənənəvi və rutin məqamların çeşidli yönləri təzahür edəcək. Tələsməyin, yaşanan dəyişikliklərin fərqinə varın.

Əkizlər - işdə yeniliklər, maraqlı xəbərlər, diqqətin yeni mövzuya cəlb olunması istisna deyil. Böyük məbləğdə nə isə almağa, pul xərcləməyə, yeni işə başlamağa, fərqli layihənin əsasını qoymağa tələsməyin.

Xərçəng - çətin situasiyada həmkarlar və ya etibar etdiyiniz insanlarla məsləhətləşin. İdeyalar, unikal həllər, probelmlərin yaradıcı çözümü baxımından gün məhsuldar ola bilər.

Şir - ifrata varmayın, əks təqdirdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Olayların məcrasında kəskin müdaxilələrə bel bağlamayın. Hər şey olduğu kimi yaşanarsa, əlverişli nəticə əldə edə bilərsiniz.

Qız - dostlarla görüş üçün əlverişli vaxtdır. Risk və macəralara qapılmayın.

Tərəzi - rəğbət bəslədiyiniz insanla münasibətlərdə maraqlı aktivləşmə ola bilər. Hadisələri tələsdirməyin, olayların axarına müdaxilə etməyin.

Əqrəb - baş verənlərin məzmununu dərk etməyə çalışın. Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə bədxərc davranmayın, pullarınızı və maliyyə vəsaitinizi kimsəyə etibar etməyin.

Oxatan - sizi maraqlandıran məsələ ilə bağlı gərəkli məlumatları arayın. Önəmli tapıntı ola bilər. Aldığınız təklifləri dəyərləndirin və onların arasında ən sərfəli olanı seçin.

Oğlaq - Yaxın ətrafınızdakı insanların fikri sizə zidd olsa da, onları dinləyin. Görüləsi işlərlə bağlı mövqenizdə dəyişikliklər, daha yaxşı variantın tapılması istisna deyil. Heç nəyi dəyişməyə tələsməyin.

Dolça - maraqlı gündür. Çoxdan bəri planlaşdırdığınız işə başlaya bilərsiniz. Kooptasiya və ya kooperasiya təklifi olarsa, qəbul edin. Maliyyə məsələlərində ehtiyatlı davranın.

Balıqlar - qəfil işlər və nevroz durumlar yaranacaq, planlar pozulacaq. Səmimiyyətiniz adekvat dəyərləndirilməyə bilər. Alış-veriş və digər maliyyə əməliyyatlarını təxirə salın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
652 708 624 609 582 607

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.