Bölüm 11.
Günəşin işığı gözlərimi qamaşdırdı. Yorğanı başımın üstünə qədər çəkib şirin yuxuma davam etdim. Uzun müddətdir belə rahat yatmamışdım..
Mavi çiçəkləri olan ağacın altında dayanmışdım. Möhkəm yağış yağırdı. Kimisə gözləyirdim. Çiynimə toxunan əli hiss elədim. Azadı görüb sevincək boynuna sarıldım.
-Azad,, səni gözlədiyimi unutmuşam. Bu nədir? Sən niyə ağ rəngdə paltar geyinmisən? Palçıq olacaq paltarın məgər yağan yağışdan xəbərin yoxdur??
Bayaqdan uzun-uzun üzümə baxan Azad gülümsədi: Nazlı, heç dəyişməmisən.. Özün mənə deyirsən amma sən də ağ geyinmisən.
İkimiz də güldük..
-Anam sənin üçün darıxıb, Nazlı. Niyə onun yanına getmirsən?
Başımı aşağı saldım. Küskün şəkildə dedim: Mən tanımıram axı evinizi.. Məni də apar birlikdə gedək.
Azadın əllərindən tutdum. Azad əllərini əllərimdən ayırdı.
- Mən gedə bilməyəcəm. Amma sən get.
Azadın səsi boşluqlarda əks-səda verdikcə özü məndən uzaqlaşdı.
Çarpayıdan yerə düşdüm. Bu mənim adətim idi. Amma bu dəfə sümüklərimin sızıltısını hiss etmişdim. Gördüyüm yuxu mənə çox təsir eləmişdi.. Necə də gerçək idi.. Azadı ilk dəfə idi ki yuxuda görürdüm..Azadgilə heç vaxt getməmişdim.. İmtahanlardan sonra ailəsi ilə məni tanış edəcəkdi. Amma qismət olmadı..
4 gün olardı ki, qrupdan əlaqəm olan hər kəsdən Azadgilin yaşayış ünvanını soruşurdum. Bu gün şənbə günü idi. Ənənəvi qaydada uşaq evinə gedəcəkdim. Evdən çıxanda Sara zəng elədi. Mənə ana olacağı xəbərini verdi. Bu gün aldığım ən gözəl xəbər idi. İkinci gözəl xəbər isə Saranın Azadgilin ünvanını tapması olmuşdu... Uşaq evindən çıxandan sonra Azadın yaşadığı ünvana yollandım.. Həmişə yolda dayanıb çiçək satan qadından bir dəstə çiçək aldım.. İri həyət evinin divarlarına söykənib özümü hazırladım.Dərin nəfəs alaraq həyətə açılan qapını aralayıb içəri daxil oldum. Evin qapısına yaxınlaşıb zəngi çaldım. Ülkər xalanı axırıncı dəfə Azadı dəfn etdiyimiz gün görmüşdüm. Ülkər xalanın yumşaq səsi eşidildi: Xoş gəlmisən,qızım.
Mənimlə görüşüb, içəri dəvət etdi. Məni tanıdığına sevinmişdim. Ülkər xala çay süfrəsi hazırlayandan sonra söhbətə başladıq. Gecə gördüyüm yuxunu ona danışdım.. Az keçməmiş Ülkər xalaya zəng gəldi. O telefonla danışdığı müddətdə ayağa qalxıb qonaq otağında gəzməyə başladım. Divarda ailə şəkilləri asılmışdı.. Azadın balacalıq şəkilləri...Şəkillərdə diqqətimi cəlb edən bir detal olmuşdu. Azad və yanında başqa bir oğlan. Azadın evin tək övladı olduğunu bilirdim. Qardaşı vardısa da mənə ondan bəhs etməmişdi. Görəsən, buna səbəb nə idi? Ülkər xala geri qayıdanda şəkillərə baxdığımı görüb gülümsədi.
Mən: Ülkər xala, Azad evin tək övladıdır zənn edirdim.
Ülkər xala ah çəkib əyləşdi: "Yox, qızım. Mənim bir övladım da var. Adı Ayazdır."
Təəccüblənmişdim: "Azad mənə qardaşı olduğunu deməmişdi."
Gözlərini qurulayıb sözə başladı: Ayaz mənim öz oğlum deyil. Ayazın yeddi yaşı olanda anası onları tərk edib. Mən Salehlə tanış olandan sonra yaxınlaşdıq. Saleh mənə başına gələnləri danışdıqca ürəyim üzülürdü. Bir zaman gəldi ki, onu sevdiyimi anladım. Cavanlıqdır də.. Ürək sözə baxmır. Saleh bizə elçi göndərdi. Atamgil razı olmadı. Mən də Salehlə qaçdım. Onu sevirdim, bu addımıma görə heç vaxt peşman olmamışam. Saleh həyatdan küsmüşdü. Onu yenidən həyata qaytarmaq, onu həqiqətən gülümsətmək istəyirdim. Sonra Azad doğuldu. Hər şey qaydasına düşdü. Xoşbəxt günlər başladı. Ayazı öz balam kimi istəyirəm. İndiyə qədər mənə hörmətsizlik etməyib, öz anasını hələ də bağışlamayıb. Ayazın adını anası qoyub deyə, anası gedəndən sonra "məni o qadının verdiyi adla çağırmayın" demişdi.. Nə zaman ki böyüdülər Ayaz Azaddan uzaqlaşdı. Hər ikisi bir-birini çox sevirdilər. Ani uzaqlaşmanın səbəbini Ayazdan soruşmuşdum. "Utanıram, Ana. Özümə görə Azaddan utanıram" demişdi. Ayazı nə qədər başa salsam da Azadla bir yerə gedəndə onun qardaşı olduğunu demirdi. Məni yandıran da bu idi. Ayaz özünə haqsızlıq edirdi. Sonra Azadı torpağa verdik. Bir Ayazım qaldı.
Ülkər xala göz yaşlarını quruladı.. Onu sakitləşdirməyə çalışdım.
- Hamımız öləcəyik, qızım. Amma, balam vaxtsız getdi. Ürəyimdə yara bağladı onun gedişi. Şirin danışıqları qulağımdan getmir.
- Sizi başa düşürəm, Ülkər xala. Nə olar özünüzü üzməyin. Azad sizin belə olmağınızı istəməz..
Hava qaralırdı. Ülkər xala "yeməkdən sonra gedərsən"deyib məni qalmağıma təkid etdi. Birlikdə axşam yeməyi hazırlayıb Saleh əminin gəlməsini gözlədik. Qapı zəngi çalındı. Saleh əmini qarşıladıq. Məni görəndə sevinmişdi.. Başımı sığallayıb "Səni tanıyıram mən, Azada görə xəstəxanadakı həkimləri bir-birinə vuran qızsan" deyib gülümsədi.
Axşam yeməyindən sonra bir az da Saleh əmi ilə söhbətləşdik. Evdən çıxmazdan əvvəl Ülkər xaladan xahiş elədim ki, Azadın otağını mənə göstərsin. Qapını içəridə kimsə varmış kimi iki dəfə tıqqıldatdım. İçəri keçib ətrafa nəzər saldım. Sanki, Azad yanımda idi və mənlə danışırdı. Bütün xatirələrimiz göz önümdə canlandı yenə. Masasının üstü qoyub getdiyi kimi idi. Diqqətimi masanın üstündəki fotoalbom çəkdi. Yaxınlaşıb baxdım. Göz yaşlarıma mane ola bilmədim. Albomda ikimizin şəkilləri toplanmışdı. Albomun sonunda- "Ad Günün Mübarək,Nazlı. Bilirəm ki, sulu gözsən. Şəkillərə baxıb ağlayacaqsan İstəyirəm göz yaşlarını siləsən. Nə olur olsun sənin yanında olacam. Gülümsə" yazılmışdı.
Ülkər xalanın səsi eşidildi: "Səni çox istəyirdi, Nazlı qızım. "Kaş sənin də Nazlı kimi qızın olardı" deyirdi. Bu albomu sənin ad gününə hazırlamışdı. Onu götürə bilərsən.."
Albomu çantama qoyub son dəfə otağa baxdım. Kitab rəfinin üstündəki çərçivəyə baxanda gözlərimi böyük açıb gördüklərimi həzm etməyə çalışırdım. Azad və Kənan. Hə Kənan idi. Səhv görmürdüm. Qucaqlaşıb, gülümsəyən iki fərqli adam.
Tez çərçivəni göstərib: "Ülkər xala bu...
Aşağıdan Saleh əminin səsi eşidildi. Nazlı, evə tək getmə. Səni maşınla göndərəcəm.
Qapını örtüb otaqdan çıxdıq. Hələ də gördüklərimi beynimdə analiz edirdim. Hər gördüyüm adamı Kənana bənzətməkdən bezmişdim.
Saleh əmi və Ülkər xala ilə sağollaşıb gözəl gün üçün təşəkkür etdim. Həyətdə məni gözləyən maşına yaxınlaşıb qapını açdım. Sürücüyə salam verib əyləşdim...
Şəhərə gedən tunellərdən keçdikcə nəfəsim daralırdı. Evə çatana yaxın "Mən burada enəcəm. Dayanın" dedim.
Özümü yaxşı hiss etmirdim.. Sürücü məni eşitməmişdi, deyəsən.
-Burada dayanın, enəcəm.
Tez enib nəfəs almaq istəyirdim. Maşın anidən dayandı.
Qapını açıb " Çox sağ olun " dedim.
Gözlərim güzgüyə sataşdı. Gördüyüm o baxışlar mənə yad deyildi. Ürək döyüntülərim artırdı. Qısıq səslə "Sən" deyə bildim sadəcə. Özü susub gözləri danışan bu adam Kənan idi...
11-ci bölüm sonu.
Müəllif-ParadiseSark