reklam
Dəniz şahları – FOTO Dəniz şahları – FOTO http://sun.az/uploads/posts/2017-02/1488105859_17.jpg
ADMiN

ADMiN Maraqlı 26-02-2017, 14:42

Dəniz şahları – FOTO

Dəniz şahları – FOTO

Fotoqraflar sualtı dünyanın qeyri-adi gözəlliyini nümayiş etdirdilər. 

Britaniyada “2017-ci ilin sualtı fotoqrafı” müsabiqəsinin qaliblərinin adı açıqlanıb. Bu il əsas mükafata səkkizayaqlı ilbizin ovunu çəkən fransız Qabriel Baratyu layiq görülüb.

Loading.az Lenta.ru-ya istinadən laureatların ən effektiv fotoları ilə tanış edir. 


“Rəqs edən səkkizayaqlı ilbiz”. Hindistan okeanının Mayotta adasının sahillərində yaşayır. Fotoda gördüyünüz qəhrəman əslində daha kiçik ölçülərə malikdir. 


Nik Bleyk əvvəldən fotoqraf olmayıb. Sualtı çəkilişlər ilə məşğul olmazdan öncə o, bir neçə il dalqıclıqla məşğul olub. Meksikanın Yukatan yarımadasında mağaranın sualtı hissəsi onu rəng çalarları ilə cəlb edib. 


 
Fransalı fotoqraf bir neçə gün Cənubi Afrikanın Sent-Cons limanında qalıb ki, delfinlər, akula və başqa dəniz yırtıcıları Hind okeanında ova çıxırlar. 


Filippin, Barrakuda gölü. Foto doqquz metr dərinlikdə çəkilib. 


Dəniz xərçəngləri çox kiçik olsalar da, yırtıcılar onları görür. Şəkil Filippində dalğıcların sevimli məkanı Anilaoda çəkilib. 


Tailandın Tao adasında kanadalı fotoqraf sahilin yaxınlığında bu yeri elə birinci gündən maraqlandırıb.  O, suya tullanıb və yoldan keçən təsadüfi insanı yerində donmağa məcbur edib.  


 
“Gələcək valideynlər”. Dəniz xərçəngləri nəslin artırılması ilə məşğul olurlar. Kadr Böyük Kayman adasının sularında çəkilib. 


İkinci Dünya müharibəsi zamanı Şimali Karolina sahillərində batan U-352 gəmisinin qalıqlarıdır.


Xorvatiyanın Duqi-Otok adası yaxınlığında batan “Mişel” gəmisi. 


Son bir neçə ay ərzində fotoqraf Paskal Vassalo meduzalarla maraqlanır. Şəkildə Rhizostoma pulmo meduzasını bir neçə xərçəng tutub. 


Fotoqraf Cenni Stromvoll – dəniz heyvanlarını çəkməyi çox sevir. 


Finlandiyada donmuş göl. Fotonun müəllifi buzun altında üzərkən maraqlı kadr çəkəcəyindən əlini üzdüyü an başı üstündə gözlənilmədən ayının peyda olduğunu görüb. 


“Xadimə”. Fotoda murenanın ağzında dəniz xərçəngidir. Tulamben, Bali.


Misirdə Sinay yarımadası yaxınlığında batmış gəmi. Formasına görə kiti xatırladan lövbər zəncirləri fotoqrafın xoşuna gəlib. 


Britaniyalı fotoqraf balığı uğurlu rakursdan çəkmək üçün çox zaman sərf edib. Bu şəkili çəkənə qədər o, 40-a yaxın kadr çəkib. 


Filippinin Dauine şəhəri yaxında anemonalar. Anemon bitkisi öz sakinlərinə qeyri-adi macəralar vəd edir. 


 
Edvar Errenyo hesab edir ki, Raca Ampat arxipelaqına yola düşən “MV ONDINA” gəmisində ekspedisiyaya qoşulma böyük şansdır. 


Nəhəng akula, fotorqafın qayığın burnuna bağladığı projektorun işığına gəlib. 


Bali adasında mərcan adası. Fotoqraf bu mavi pəncərəyə canlıların gəlməsini uzun müddət gözləyib və balıqların gəlişinə çox sevinib. 


Balıq-kloun. Dairəvi güzgü effekti, fotoqrafun çəkiliş zamanı istifadə etdiyi alüminium borunun sayəsində yaranıb.    


Misirdə Şaab Klaudia rifində mağarada dalğıc.


Hər yay yüzlərlə kit Cənubi Afrikanın Keyptun şəhərinin sahillərinə qidalanmaq üçün gəlirlər. Fotoqraf iri məməlilərin ovlanmasını çəkmək üçün dərinliyə enməli olub. Fotonun müəllifi qorxduğunu, amma uğurlu kadr çəkə bildiyini bildirib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
347 366 334 376 371 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.