ice berg

ice berg Xəbərlər 8-01-2021, 17:36

Avroviziya-2021 üçün mahnı qəbulu başladı

Avroviziya-2021 üçün mahnı qəbulu başladı
Avroviziya-2021 müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

İTV-nin mətbuat xidmətindən Kult.az-a bildiriblər ki, Avroviziya-2021 üçün mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 19-a qədər öz mahnılarını elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti Hollandiyanın Rotterdam şəhərində keçiriləcək Avroviziya-2021 mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə bildirilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2020-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq Avroviziya-2021 mahnı müsabiqəsində ölkəmizi “Efendi” adlı ifaçı təmsil edəcək.

Müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri isə bəstəkar İsa Məlikovdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
652 671 579 626 569 587

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.