HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 12
Bölüm 12.
......
Gözlərimə inanmırdım. Yaşadığım bu anın xəyal yoxsa gerçək olduğunu ayırd edə bilmirdim. Qışqırmaq, ağlamaq, özümü hündür binadan atmaq istəyirdim. Bilmirdim nə edim ki, ürəyim sakitləşsin.Bu qədər vaxtdan sonra yenə qarşıma çıxmağının səbəbini soruşmaq haqqım deyildi? Hər şeyi unutmağa çalışanda, hər şeyi qaydasına salanda yenə darmadağın olurdu həyatımın düzəni... Əllərim əsirdi,qapını açmaq üçün xeyli cəhd göstərdim. Qapını açıb maşından endim.. Maşın məndən sürətlə uzaqlaşdı. Həyəcandan ayaqlarım bir-birinə dolaşdı. Özümü saxlaya bilməyib asfaltın üstünə yıxıldım.. Yaxşı ki qaranlıq idi. Tez ayağa qalxıb özümü düzəltdim. Axsaya-axsaya binaya doğru irəlilədim. Qaranlıq küçəni maşın işığı yenidən aydınlatdı...
- Nazlı.. Nazlı..
Qayıtmışdı. Bu səs üçün darıxmışdımmı? Geri çevrilmədim, hissiyyatım itmişdi, sanki. Mənə çatıb qolumdan tutdu, özünə çəkib qucaqladı. Hərəkətsiz dayandım. Ona toxuna bilmirdim. Güclü qolları belimə dolandı, Sümüklərim bir-birinə batırdı. İllərin həsrətinə, acısına dərman tapmışdı, sanki. Kənanla yaşadığım kabus dolu gecə gözlərimin önünə gəldi.. Sərt hərəkətlə onu özümdən ayırdım.
-Toxunma! Burax! Toxunma! Yox, yox istəmirəm.
Dəli olmuşdum. Səsim həyətdə əks-səda verdi. Öz səsimə ayıldım. Kənan qarşımda dayanıb buz kimi baxışlarını mənə yönəltmişdi. Hər şey xəyal imiş. Kənan mənə yaxın gəlməmişdi heç. Əlindəki çantanı mənə uzatdı. Soyuq şəkildə: "Maşında unutmusan" dedi.. Dözə bilmirdim daha, illərin ağrı-acısını ondan çıxarmaq istəyirdim. Çantamı sərt şəkildə alıb, üzünə şillə vurdum. Hissiz şəkildə mənə baxdı. Bu hərəkəti məni özümdən çıxardı. Daha sərt şəkildə yenə üzünə şillə vurdum. Geri çevrilib binaya yönəldim. Arxamca sərt səs tonu ilə danışmağa başladı.
Kənan: Yeriyə bilmirsən kömək etməyimə icazə ver.
Mən: Lazım deyil.
Kənan: İnad eləmə,bu gedişlə 1 saata çatarsan
Mən: Sənə nə.
Kənan: Nə deyirəm onu elə.
Mən: Üzərimdə heç bir hüququn yoxdur.
Kənan: Dediyimi etməlisən!
Mən: Əsla.
Ayaqlarım yerdən üzüldü, dərk elədim ki, Kənanın qolları arasındayam. Taqətim qalmamışdı. Əlavə bir söz deməyib başımı Kənanın çiyninə qoydum. Günün belə bitəcəyi ağlımdan keçməzdi...
Açarı çantamdan çıxarıb qapını açmağa çalışdımsa da açar yerə düşdü. Kənan açarı götürüb qapını açdı. Ayağımdakı ağrı şiddətlənirdi. İçəri keçərək ağrının təsirindən yerə çökdüm. Kənan əyilib ayağımı əlləri arasına aldı. Üzünü indi daha aydın görürdüm. Çox dəyişmişdisə də zəhmli ifadəsi üzündə idi. Saçlarına , üzünə toxunmaq istəyirdim.
-Əzilib, sadəcə. 1-2 günə keçər ağrısı.
Sözünü bitirib üzümə baxdı. Bayaqdan saxladığım göz yaşlarımı sərbəst buraxdım. Əlimlə ürəyimi işarə edərək: "Bəs bunun ağrısı nə vaxt keçər?" dedim..
Ayağa qalxıb getmək istədi. Qolundan tutub onu saxladım.
Mən: Bu gün hər şeyi danışacaqsan.
Kənan: Danışacaq sözüm yoxdur.
Mən: Danışmamağa haqqın yoxdur. Heç nə olmamış kimi davrana bilməzsən!
Kənan: Bilmədiyin şeylər var, Nazlı.
Mən: Bilmək istəyirəm də. Mən də istəyirəm danışasan. Sevginin nə olduğunu bilmədim mən. Bütün saflığım o gecədə heç oldu. Nə qədər əzab çəkdiyimin fərqindəsən? Sən getməyi seçdin, qalıb mənim yaramı sağaltmaq istəmədin. Bəlkə indi hər şey fərqli olardı. Nömrənə belə zəng edirdim axmaq kimi.
Kənan: Getməliyəm.
Bu qədər söz danışmağıma rəğmən tək sözü getmək haqqında olmuşdu.
Mən: Elə bu? Get. Onsuz da getməyə həvəslisən!
Onu məcbur saxlayası deyildim. Getmək istəyənə yol görünürdü. Əsəbi şəkildə ayağa qalxdım. Ayağımı yerə möhkəm basmağıma peşman oldum. Ağrı canıma işlədi, ayağımı tutub inildədim. Otağa keçib illərdir saxladığım, arxasına Leyla-Kənan yazılan şəkli Kənana uzatdım: "Burada yerə düşmüşdü.. Mən bunu tapanda sən getmişdin. Yəqin ki, çox axtarmısan" deyib kinayəli şəkildə güldüm...
Kənan şəkli alıb evdən çıxdı.. Mənə yenə Kənanın gedişini izləmək qalmışdı. Bir müddət sonra telefonuma gələn zənglə fikrimdən ayrıldım. Kərim idi..
Ağladığımı bildirməmək üçün səsimi qısaraq "Alo" dedim.
Kərim: Necəsən?
Mən: Yaxşıyam.
Kərim: Ağlamısan
Mən: Sən Necəsən?
Kərim: Mən yaxşıyam amma sən yaxşı deyilsən. Səbəbini deyəcəksənsə soruşum.
Mən: Nə qəribədir, səninlə tanış olduğum 3 gündür amma...
Kərim: Amma nə?
Mən: Heç buna tanışlıq da demək olmaz. Bilmirəm.
Kərim: Peşmansan?
Mən: Problem məndədir. Güvənə bilmirəm.
Kərim: Sabaha plan hazırlama. Görüşək. "Yox" cavabı qəbul etmirəm.
Mən: .....
Kərim: Sənə mesaj atacam bir azdan. Hələlik.
Qarşı tərəf telefonu söndürmüşdüsə də telefonu qulağıma tutub dayanmışdım. Mən hansı dünyada idim? Nə var, nə yox bilmirdim....
Gecə 1-i keçirdi. Çarpayıya uzanıb bu gün olanları beynimdə analiz etməyə çalışırdım. Azad və Kənan. Nə kimi bağlılıq ola bilərdi axı. Anidən çarpayıdan sıçradım.
Bu günkü dialoqlar beynimdə əks-səda verirdi.
- "Azad mənə qardaşı olduğunu deməmişdi." "Mənim bir övladım da var. Adı Ayazdır."Ayazın adını anası qoyub deyə, anası gedəndən sonra "məni o qadının verdiyi adla çağırmayın" demişdi. Böyüdülər Ayaz Azaddan uzaqlaşdı. Azadla bir yerə gedəndə onun qardaşı olduğunu demirdi...
Ah,mən axmağam... İlahi, bunu niyə anlamamışam..
Qucaqlaşıb, gülümsəyən iki fərqli adam..
Kənan Ayazın özü idi... Azadla Kənan qardaş idi...
12-ci bölüm sonu.
Müəllif-ParadiseSark