HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 13.
Bölüm 13...
....... Kənan'dan....
Həyatın acı gerçəkləri ilə qarşılaşanda uşaq idim. Hərdən kim olduğumu unudurdum. Kim idim Mən? Ayaz... Ayaz idim... Bu adı mənə Anam vermişdi. Məni çox sevirdi. Ya da məni tərk etdiyi günə qədər məni sevdiyini zənn edirdim. Hansı Ana öz övladından,öz canından bir parça olandan keçərdi ki? Sonradan öyrənmişdim ki, sevdiyi adamın adı imiş Ayaz... Həmin gün söz vermişdim çirkin əməlinə görə o qadını bağışlamayacam.. Atam mənim üçün çox əziyyət çəkirdi. Ona üzgün olduğumu heç vaxt bildirmirdim. Günlərin birində atam mənlə danışmaq istədi. Sadəcə son sözləri ilə anlamışdım nə dediyini. "Evlənəcəyim qadın sənə Ana olacaq" dedi. Öz anam məni atıb gedərkənmi? Başqa qadın mənə Analıq edəcəkdimi? Atamın Qürurunun nə qədər sındığının fərqində idim. Atama möhkəm sarılmışdım, razı olduğumu bir davranışımla anlamışdı. Zaman keçdikcə ona alışırdım.. Ülkər idi adı... Atamı sevirdi, mənlə öz övladı kimi davranırdı. Azadın dünyaya gəlişi ilə Ailə sevincimiz yenidən qayıtmışdı. Zaman keçdikcə Azaddan uzaqlaşırdım. Özümdən utanırdım, anama görə utanırdım. Sanki, hər kəs gözümün içinə baxaraq "Səni Anan Tərk Edib" deyib gülürdü.. Təkidlə Atama bildirdim ki, bu adı istəmirəm.. Babamın soyadını sahibləndim. Yeni adım isə Kənan idi.. Aslanov Kənan.. Məktəbi bitirəndən sonra hərbi xidmətə çağırıldım.. Hərbi xidməti bitirib təhsil almaq qərarına gəldim. Kollecə qəbul edilmişdim. İlk dərs günü çox sıxıcı idi. Auditoriyaya daxil olanda anlamışdım ki, hələ qruplar bölünməyib. Əyləşmək üçün yer olmadığına görə mən də bəziləri kimi ayaqda gözləməyə məcbur qaldım. Müəllim nə qədər danışmışdısa başım şişmişdi. Nəzərlərimi ətrafa yönəldəndə onu gördüm. İlk baxışdan eşq bu olmalı idi.. Həyatımı dəyişdirən o qız.. Leyla.. Sıxıcı olan dərslərdə belə ona görə iştirak edirdim. Zaman öz sözünü deyirdi. Leyla ilə yaxınlaşmışdıq. Aramızdakı münasibətin sevgi olduğunu anlayanda Leylaya sevgimi etiraf etdim... Kolleci bitirəndən sonra Leyla mənimlə ayrılmaq istədiyini bildirdi. Həyatdan ikinci zərbəmi almışdım. Tərk edilmək alnıma yazılmışdı.. Leylanı unuda bilmirdim. Hər gün yaşadığı evin həyətinə gəlib onu gözləyirdim. Bir gün qarşılaşdıq.
Leyla: Səni hər gün burada görürəm. Bilirəm mənə görə gəlirsən. Biz ayrılmışıq. Bunu dərk eləməyini istəyirəm.
Mən: Leyla, sevgimiz bəs?
Leyla: Aramızdakı sevgi deyildi. Sadəcə bağlılıq idi.
Mən: Yəni, bu qədər xatirələri ilə 2 il heçdir?
Leyla: Mən gec anladım. Sənə bağlanmışam. Başqa heç nə. Məni bağışla və unut...
Son sözlərini deyib məndən uzaqlaşmışdı. Bəlkə, fikrini dəyişər deyə hər gün gedirdim.. Beləcə ayları ötürdüm. Bir gün ağ gəlinlikdə həyətə endi. Həmin an dünyam qaranlıq oldu, buz bağladım. Gördüklərim mənə bəs etdi. Daha heç bir qadına güvənməyəcəyimə söz verdim...
Azad mənə aid hər şeyi bilirdi. Mən danışmasam belə xəfiyyə kimi məni izləyir, dostlarımdan mənə aid nə varsa öyrənirdi.. Məqsədimin nə olduğunu unutmuşdum. Azad məni universitetə hazırlaşmaq üçün məcbur etdi. İnadkar idi, məni necə də sevirdi.. Öz doğma qardaşı kimi..Sırf mənlə birgə universitetə qəbul olmaq üçün özü də imtahanlarını gecikdirdi.. Universitet cavablarımız bəlli olanda Azadın sevincinin həddi-hüdudu yox idi. İkimiz də eyni universitetə və eyni ixtisasa qəbul olmuşduq. Universitetə tək şərtlə gedəcəyimi bildirdim Azada: "Qardaş olduğumuzu heç kəs bilməyəcək"... Azad üzülsə də razılaşdı...
Hər şey yolunda gedirdi..O qızı görənə qədər.. Yanımda əyləşmişdi. Leylaya necə də bənzəyirdi. Ona baxmamaq əlimdə deyildi. Adını soruşdum.. Sonra peşman olmuş kimi dodağımı dişlədim. Yanımda narahat olduğu bəlli idi. Tez-tez Azada baxırdı. Azadla qısa gün ərzində dostlaşmışdı.. Nazlı.. Necə də saf idi. Zamanla onu kəşf edirdim. Ona yaxınlaşmayıb uzaqdan seyr etmək məni incidirdi. Verdiyim sözü xatırladıqca buza dönürdüm.. "O da tərk edəcək" qorxusu ilə günləri ötürdüm.. Dərsə gecikmək adətim idi. Yaxşı ki lift vardı.. Ancaq bu gün lift işləmirdi.. Bir neçə gün əvvəl eşitmişdim ki, liftdə problem var.. Ağlıma gələn fikirlə pilləkənlərdən enib liftə qayıtmışdım. Bəlkə, kimsə içəridə qalmışdı. Mühafizəçiləri çağırıb lifti açmağa cəhd göstərdik. Qarşımda gördüyüm mənzərə ilə heyrətə gəldim. Nazlı liftin küncündə huşsuz vəziyyətdə idi. Qollarım arasına alıb tibb məntəqəsinə apardım. Lənət olsun ki, çox qorxmuşdum. Onu itirmək istəmirdim. Həmin gündən sonra Nazlı mənlə yaxınlaşmağa çalışsa da onu özümə yaxın buraxmadım..Azad mənə hər gün ondan danışırdı. Nazlının ən yaxın dostu olmuşdu. Özümü vecsiz kimi göstərsəm də Azad Nazlıya olan adsız duyğumdan xəbərdar idi. Mənə deyirdi ki, adını dəyişmisən ancaq ruhun "Ayazdır"....
Yenə Leylanın yaşadığı evin həyətində idim. Həmişəki kimi gözləyirdim.. Ancaq bu gün hər şeyi unutmaq üçün bura gəlmişdim. Qəbul etməli idim.. Leyla evlənmişdi, başqasına aid idi. Əlimdəki içki şüşəsini bir kənara atdım. Nazlı gözlərimin önünə gəldi. Daha ona baxanda Leylanı xatırlamaq istəmirdim.. Nə bilərdim axı həyatımın ən dəhşətli gecəsini yaşayacam.. Ayılanda Nazlı qollarım arasında çırpınırdı.. Son sözləri "Ölmək istəyirəm" olmuşdu. Özümə lənət oxuyurdum. Tez özümə gəlib əllərimlə çıxardığım köynəyi geyindirdim. Nə edirdimsə ayılmırdı. Hamama keçib üzümə su vurdum. Güzgüdəki əksimə nifrətlə baxıb "Əclafsan" dedim. Geri qayıdanda Nazlı döşəmədə idi. Oyanmışdı ancaq taqətsiz halda yıxılmışdı. Ürəyim parçalanırdı, mənə olan güvənini heç etmişdim. Nazlını qucağıma alıb çarpayıya uzatdım. Hava işıqlanana qədər yanında gözlədim. Yuxu məni öz ağuşuna alan anda üstümə düşən ağırlıq ilə dik atıldım. Nazlı hər şeyin fərqinə indi varırdı. Köynəyini çıxarıb gecədən qalan "izləri" mənə göstərdi. Həmin an kor olmağı arzuladım.. Kaş Nazlı ilə başqa şərtlər altında tanış olsaydıq.. Bəlkə onu sevə bilərdim.. Kaş Leyla məndə olan sevgi hissini öldürüb, ürəyimi buza çevirməsəydi...
Həmin gecədən sonra özümə gələ bilmirdim. Bu halım Azadın gözündən qaçmamışdı. Hər şeyi ona danışdım.. Azad mənlə ilk dəfə mübahisə edirdi. Mənə ilk dəfə əl qaldırdı. İki dəfə yumruq vurdu. Üçüncü dəfə vurduğu yumruq ilə yerə yıxıldım. Azad əlləri ilə başını tutub ağlayırdı.. Həyatda hər şeydən çox sevdiyi iki insan da yaralı idi.. Azad ilk dəfə mələ qəti şəkildə danışıb şərt qoymuşdu.
- Nazlının həyatından çıx.. O saf qızı incitmək sənin haqqın deyildi.Nazlının halını düşün.. Sənə yaraşmadı bu alçaq hərəkət.
Qərarımı vermişdim. Nazlıdan uzaqlaşmaq ən yaxşı seçim idi. Hər gün onun gözü önündə olub yarasını xatırlatmaq haqqım yox idi.. Zaman çarə deyildimi yaralara? Amma həyat idi bu... Nə vaxt nə olacağı bəlli deyildi.. Acı xəbər yenə qapımı döymüşdü. Azadı itirdiyim günü sözlərlə ifadə edə bilmirəm.. Atam vermişdi bəd xəbəri.. Özümü itirmişdim, ağlıma gəlməyəcək nə vardısa onları yaşayırdım və dəhşətə gəlirdim. Özümü toplayıb bilet sifariş etmişdim. Bileti ancaq 1 həftə sonra tapıb Vətənə qayıtdım. Azaddan qalan tək şey qoyub getdiyi otağı, xatirələri və məzarı olmuşdu.. Azadın boşluğunu heç kəs doldura bilməyəcəkdi. Ölkə xaricinə getdiyim günə qədər hər gün saatlarla Azadın məzarı başında dayandım. Onun ölümünü qəbul edə bilmirdim... Aradan illər keçmişdi. Vətənə geri qayıdırdım. Bu dəfə həyata yenidən başlayırdım. Ürəyimdəki buzu əritmək, "Ayaz"dan qurtulmaq istəyirdim...
Yağışlı havada maşının sürətini artırıb əcələ meydan oxuyurdum. Yağış damcıları maşının şüşəsini möhkəm döyəcləyir, sanki, "dayan" deyirdi. Anidən sürəti azaldıb maşını saxladım.. Artıq 1 həftə idi ki, Nazlının yaşadığı binanın həyətinə gəlib onun pəncərədən baxmasını izləyirdim. O mənim varlığımdan xəbərsiz olsa da onu görməyim mənə bəs edirdi..
13-cü bölüm sonu
Müəllif-ParadiseSark