Astma nədir?
Astma, tənəffüs yollarının həssaslığının artması səbəbindən inkişaf edən xroniki bir xəstəlikdir . Təkrarlanan öskürək və xırıltı ilə xarakterizə olunur. Astma hər yaşda yarana bilər. Bütün allergik xəstəliklərdə olduğu kimi son illərdə astma xəstəliyi də artmışdır. Qapalı mühitlərdə yaşamaq, evin tozlu olması və gənələr kimi daxili alerjenlərə məruz qalmaq xəstəliyə tutulma riskinin artmasına gətirib çıxardır. Astmatik xəstələrdə bronxlarda mikrobial olmayan iltihab olur. Buna görə bronxlarda ifrazatlar artır, bronxial divar yığılır və xəstədə astma tutması baş verir. Toz, tüstü və qoxular astmanı tətikləyə bilir.
Allergik astma nədir?
Qadınlarda daha çox rast gəlinən allergik astma xüsusilə bahar aylarında özünü göstərir. Allergik astma, allergik faktorlara görə inkişaf edən bir astma növüdür.
Astmanın səbəbləri nədir?
-Ailədə astma varlığı
-Tənəffüs yolu ilə toz və kimyəvi maddələrə məruz qala biləcək peşələrdə işləmə
-Körpəlikdə allergiyaya məruz qalma
-Körpəlikdə ağır tənəffüs yollarının xəstəlikləri
-Hamilə ikən ananın siqaret çəkməsi
-Tez-tez siqaret tüstüsünə məruz qalma
Astma əlamətləri hansılardır?
-Əsasən öskürək nəfəs darlığı və sinə ağrısı ilə nəticələnir.
-Şikayətlər gecə və ya səhər şiddətlənir.
-Semptomlar kortəbii olaraq yaxşılaşa da bilər və ya xəstəxanaya yerləşdirilmək həddinə belə gətirib çıxara bilər.
-Öskürək ümumiyyətlə quru və bəlğəm olmadan olur.
-Nəfəs alıb-verərkən fit səsi eşidilə bilər.
Astma necə müalicə olunur?
Astmanın müalicəsi planlaşdırılarkən, ilk növbədə xəstəliyin şiddətinə görə müalicə planlaşdırılmalıdır. Əgər astma allergik astma olarsa, allergiya dərmanları verilir. Hücum zamanı (yəni astma baş verərkən) tənəffüs yolu ilə tətbiq olunan spreylərdən xəstəni rahatlatmaq üçün istifadə olunur. Kortizol bu müalicədə mühüm rol oynayır. Həm sprey şəklində, həm də ağızdan tətbiq oluna bilər. Müalicənin müvəffəqiyyətli olub-olmaması, xəstənin yaşadığı hücum sayının azalması ilə təyin olunur.
Astma xəstələri nələrə diqqət etməlidir?
-Xüsusilə yataq otağında xalça, pərdə, oyuncaqlar kimi toz saxlayan əşyalar çıxarılmalıdır.
-Yataq və yorğan, yun və ya pambıq yerinə sintetik olmalıdır.
-Çarşaflar və yataq dəstləri həftədə bir dəfə 50 dərəcədə yuyulmalıdır.
-Xalçalar güclü tozsoranlarla təmizlənməlidir.
-Ev yaxşı havalandırılmalıdır.
-Allergik astma xəstələri yaz aylarında maşınlarının və evlərinin şüşələrini qapalı saxlamalıdırlar.
-Mümkünsə ev heyvanları evdə saxlanılmamalıdır.
-Tozlanma mövsümündə maskadan istifadə edilməlidir.
-Çöldən gələndə paltar dəyişdirilməli və yuyulmalıdır.
-Küf və göbələk olan əşyalar evdən çıxarılmalıdır.
-Astmatik xəstələr siqaret çəkməməli və siqaret mühitində qalmamalıdırlar.
-Bəzi astmatik xəstələrdə idman astma tutmasına səbəb ola bilər. Bu səbəbdən idmana başlamazdan əvvəl tənəffüs yollarını genişləndirən dərmanlar qəbul etmək faydalıdır. Tozlu mühitlərdə idmandan qaçınmaq lazımdır.
-Astma pediatrlar, daxili xəstəliklər mütəxəssisləri, sinə xəstəlikləri mütəxəssisi və allergistlər tərəfindən izlənilə və müalicə edilə bilər.






