ice berg

ice berg Hekayələr 13-01-2021, 16:00

Dünyanın Sonu..

Dünyanın Sonu..
Bir universitetdə professor dərsə belə başlayır:

— Təsəvvür edin ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt hər şey yox olacaq. Xilas olmaq imkanınız da yoxdur. Bu gün nə edərdiniz ?

Tələbələrdən müxtəlif cavablar gəlir:

— Dua edər, Allahdan günahlarımın bağışlanmağını istərdim.

— Bütün sevdiklərimlə vidalaşardım …

— Vaxtımı ailəmlə birlikdə keçirdərdim …

— Atamın –anamın yanına gedərdim …

— Dostlarımla bir yerdə olardım…

— Sevgilimə onu nə qədər sevdiyimi söyləyərdim …

— Bütün sevdiyim yeməkləri yeyərdim …

— Son dəfə meşədə gəzərdim…

— Son dəfə ulduzlara baxardım …

— Son dəfə dənizi seyr edərdim …

— Ən sevdiyim kitabı oxuyardım …

— Ən sevdiyim musiqiyə qulaq asardım …

— Ən çox sevdiyim yeməkləri bişirib , bütün sevdiklərimi qonaq çağırardım …

— Həyatda ən çox getmək istədiyim yerə gedər və ölümü orda gözləyərdim …

— Qəlbinə dəydiyim insanlara zəng edər, üzr istəyər , məni bağışlamalarını xahiş edərdim …

Professor bu cavabların hamısını lövhəyə yazır. Sonra gülümsəyərək:

— Uşaqlar , doğurdanmı bütün bunları etmək üçün dünyanın son gününü gözləmək lazımdır -deyə soruşur, — Bəli bu gün dünyanın son günüdür.


Diqqət! GİZLİ MƏTN! Siz gizli mətnə baxmaq üçün qeydiyyatdan keçməlisiniz.
Dünyanın Sonu..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
427 380 390 448 358 473

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.