ice berg

ice berg İdman 15-01-2021, 15:30

Türkiyəli güləşçi: "Azərbaycan millisi dünyada özünü sübut edib"

Türkiyəli güləşçi: "Azərbaycan millisi dünyada özünü sübut edib"
Türkiyəli yunan-Roma güləşçisi Cenk İldem Azərbaycan millisi ilə keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

LoaDinG.aZ "Report"a istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı yerli mətbuata açıqlamasında hazırlıq prosesinin çox faydalı olduğunu bildirib.

35 yaşlı güləşçi Azərbaycan seçməsinin dünyada özünü sübut etdiyini vurğulayıb: "Biz də eləyik. Azərbaycan yığması ilə aramızda səmimi münasibət var. Bakıya gedəndə bizi öz vətəndaşları kimi qarşılayırlar. Biz də elə etdik. Onların dünya və Avropa çempionatlarında medal qazanan çox idmançıları var".

Qeyd edək ki, Azərbaycan və Türkiyə yığmaları 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
388 411 426 378 354 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.