Bakılı Avara

Bakılı Avara İdman 16-01-2021, 10:00

Azərbaycanda bir aydan sonra müqaviləsini pozmuş futbolçu yenidən “Sumqayıt”da - FOTO

Azərbaycanda bir aydan sonra müqaviləsini pozmuş futbolçu yenidən “Sumqayıt”da - FOTO
Premyer Liqanın ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Belə ki, Sumqayıt komandası son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.



Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), Vyana “Qarabağı” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizin də (2 oyun) şərəfini qoruyub.

Onu da bildirək ki, Ukraynada doğulmuş 25 yaşlı müdafiəçi 2018-ci ilin iyulun 3-də “Sumqayıt”la bir illik müqavilə bağlasa da, oyuna çıxmayıb və bir ay sonra komandanı tərk edib. Onun atasının soyadı Azərbaycan familiyasına bənzəsə də, ana tərəfdən yarı azərbaycanlı, yarı ukraynalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 383 436 440 391 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.