Mənim dünyam

Mənim dünyam özünü 🤓 ağıllı hiss edir. Şeirlər 16-01-2021, 18:00

105 il yaşayan Sənətkar

105 il yaşayan Sənətkar
105 il yaşayan Aşığımız Aşıq Ələsgərin
Təbiət mövzusunda yazilan
Dağlar şeiri


Bahar fəsli, yaz ayları gələndə
Süsənli-sünbüllü, lalalı dağlar
Yoxsulu-ərbabı, şahı-gədanı
Tutmaz bir-birindən aralı dağlar


Xəstə üçün təpəsində qar olur
Hər cür çiçək açır laləzar olur
Çeşməsindən abi-həyat car(i) olur
Dağıdır möhnəti-məlalı dağlar

Yazın bir ayıdı(r) - çox yaxşı çağın,
Kəsilməz çeşməndən gözəl yığnağın,
Axtarma motalın, yağın, qaymağın
Zənbur çiçəyindən bal alı(r) dağlar!

Yayın əvvəlində dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana;
Payızın zəhməri qoyar virana -
Dağıdar üstündən cəlalı, dağlar.

Gahdan çiskin tökər, gah duman eylər,
Gah gəlib-gedəni peşiman eylər,
Gahdan qeyzə gələr, nahaq qan eylər,
Dinşəməz haramı, halalı dağlar.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli-qalalı dağlar.

Köçər ellər, düşər səndən aralı,
Firqətindən gül-nərgizin saralı(r),
Ələsgər Məcnun tək yardan yaralı,
Gəzər səndə dərdli, nalalı, dağlar

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
574 542 608 538 502 472

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.