Diablo

Diablo Texnologiya 17-01-2021, 17:00

Microsoft ölmüş insanların virtual kopyalarını yaratmağa imkan verəcək texnologiya üzərində çalışır

Microsoft ölmüş insanların virtual kopyalarını yaratmağa imkan verəcək texnologiya üzərində çalışır
Microsoft şirkəti çat-botun yaradılması üçün insanların şəxsiyyətlərini virtual dünyada kopyalama imkanını verəcək qeyri adi texnologiya üzərində çalışır. Məlumata əsasən bundan istifadə edərək sosial şəbəkələrdə, messencerlərdə və digər rəqəmsal mənbələrdə olan yazılar əsasında ölmüş insanların rəqəmsal kopyalarını yaratmaq mümkün olacaq. Bu barədə 4pda saytı xəbər verib. Sosial şəbəkələr ilə bağlı problem ondan ibarətdir ki, onlar hansısa şəxsin ölümündən sonra da onun istifadəçi hesabını əks etdirirlər.

Görünür, Microsoft şirkəti bunu mənfi bir özəllik hesab etmir və ölmüş şəxsin rəqəmsal kopyasını yaratmaq üçün yeni texnologiya fikirləşib. Şirkət tərəfindən əldə olunmuş patentdə qeyd olunub ki, rəqəmsal mənbələrdə olan bu məlumatlar intellektual çat-botun yaradılmasında istifadə olunacaq. Microsoft ölmüş insanın xarici görünüşünü kopyalamaqla kifayətlənmək istəmir.

MTI mütəxəssisləri ölü dilləri deşifrələməyi bacaran alqoritm yaradıblar
Bənzər xəbər
MTI mütəxəssisləri ölü dilləri deşifrələməyi bacaran alqoritm yaradıblar

Belə ki, ölmüş insanın virtual kopyası səsli məlumatlar, müxtəlif fotolar, elektron məktublar və messencerlərdəki mesajlar əsasında əsl psixoloji portretə sahib olacaq

Bu və ya digər məlumat əsasında virtual kopyanın şəxsiyyətinin xarakterini təyin edəcək rəqəmsal indeks yaradılacaq. Patentin təsvirində həmçinin deep learning texnologiyasından istifadə də qeyd olunub. Bu isə neyron şəbəkələrinin olacağı deməkdir. Lakin bu məlumat hələ dəqiq deyil. Patentə əsasən Microsoft bu cür texnologiyanı hazır proqram təminatı şəklində istifadəyə vermək istəmir. Bunun yerinə o, ödənişli abunəlik sistemi ilə çalşacaq servis yaratmaq niyyətindədir. Bu cür texnologiya sayəsində ölmüş insanların virtual kopyalarını yaratmaqla yanaşı istifadəçi həmçinin öz kopyasını da yarada biləcək. Bu halda istifadəçi özünün həm ikiölçülü modelini həm də fərdi səs nitqinə sahib üçölçülü modelini yarada biləcək. Belə texnologiyanın nə zaman istifadəyə veriləcəyi barəsində bir məlumat yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
486 545 498 482 431 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.