ice berg

ice berg İdman 19-01-2021, 12:30

Məşhur klubun adı və loqosu dəyişdirilir

Məşhur klubun adı və loqosu dəyişdirilir
İtaliya "İnter"i adını və loqosunu dəyişdirməyi planlaşdırır.

LoaDinG.aZ klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda italyanca tam adı "İnternazionale" olan Milan təmsilçisinin rəhbərliyi bunu qısaltmaq istəyir.

Onlar klubun, ölkə xaricində olduğu kimi, rəsmi şəkildə "İnter" adlandırılmasının tərəfdarıdır. "İnter"in yeni loqosu isə onun futbol komandası imicindən uzaqlaşmasına və qlobal bir media şirkəti olmasına imkan verəcək brendi təmsil edəcək.

Klub rəhbərliyi ev oyunlarının keçirildiyi stadionu ("Cuzeppe Meatsa") da dəyişmək niyyətindədir.

Qeyd edək ki, "İnter"in hazırkı adı və loqosu 1908-ci ildə klubun təsisçiləri tərəfindən hazırlanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
461 433 414 455 436 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.