Vicdan sami.
Acıların kölgəsində gizlənirəm. Yenidən zərbə almaq üçün gizləndiyim yerdən çıxmağa gücüm yoxdur. Zamanın axını elə bir yerə gətirib çıxardıbki insanları görərkən yolumuzu dəyişirik. Doğma birisini tapmaq çox çətinləşib. Düşünmədən güvənmək istədiyimiz insanlar hara yoxa çıxıblar görəsən. Bəlkə biz özümüz onları gizlətmişik yaşadığımız dünyanın qaranlığında… Hər şey bizdən asılıdır bəlkə də. Gələcəyimizin yazılmış olduğu bir vərəq versəydilər bizə nə edərdik görəsən? Yəqin ki, kimisi cırar, əzər atardı gələcəyini dünəni kimi, kimisi də bir qayıq düzəldib buraxardı sonsuz bir dənizə.
Mərhəmət hissini hansı suyla yumuşuq qəlbimizdən? Əlinə bir dəyənək alıb acımadan bir canlının canını almaq insan övladının hansı kitabında yazılıb? Vicdan məktəbinin imtahanından niyə kəsilənlər var görəsən? Axı o məktəbin şagirdi də, müəllimi də özləridi. İnsanlar qruplara bölünərək psixologiyalarında fərqlilik əlaməti yaradıldı. Kim yaratdı bunu sən, mən, bizmi? Kimlərdən fərqliyik pulu çox olanlardanmı? Bəlkə satın ala bilmədiyimiz xoşbəxt həyat üçün başqasından fərqləndik? Ya da dünən sənə salam verib söhbət etdiyimiz, bu gün isə göz yaşları ilə “Allah rəhmət eləsin yaxşı insan idi” dediyimiz şəxsdənmi? Bilmirik
Həyatın suallarına doğru cavab tapa bilmərik. Tapsaq belə həqiqəti qara torpaq altında gizlədərik. Üzərindədə gül toxumları əkərik. Zəhər ətri bürüməsin vücudumuzu deyə. Doğrulardan qaçar insan həmişə. Yorulmadan... Yalanlarla ucsuz bucaqsız evlər tikmişik, yalansız insan yoxdu deyə -deyə. Hər ad günümüzdə bir şam üfləyib arzu tutarıq günahlarımız olduğunu bilə-bilə.İllərlə böyüdüyümüz həyatı yaşlandıqdan sonra geriyə saymaq istərik. Sanki uşaqlıda böyümək istədiyimizi bilmirmişik kimi.
Doğulduq, böyüdük şam üflədik, arzu tutduq, sevindik, kədərləndik bu həyatda. Bəs kim olduq? Həkim, müəllim, yaxşı bir iş adamı. Bəs vicdan adamı ola bildikmi. İçimizdə böyütdüyümüz bir canavar hirsi böyüdüyü zaman nə məlumdur bizi yeməyəcəyi?
Zamanı bəzən axan bir çaya bənzətdim. Necə ki, çay hər zaman təmiz, bolsulu,bol qızıl balıqlı olmur, zamanda bizlərə hər zaman xoşbəxtliklər bəxş etmir. Zaman üçün axın vardır. Qarşısını kəsə biləcək bir bənddə yoxdur. Zaman bizi oğurlayacaq bir gün. Sonsuz axan çayın daşlarında gizlədəcək əbədiyyən. O zaman bizə vicdan şamı lazım olacaq sönməsini istəmədiyimiz. Sonralar bizi yalnız əməllərimizdən və məzar daşımızdakı adımızdan tanıyacaqlar.