Diablo

Diablo İdman 20-01-2021, 10:30

Messinin cəzası açıqlandı

Messinin cəzası açıqlandı
İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.

Loading.az AS nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Argentinalı forvard İspaniya Kubokunda "Kornella" və La Liqada "Elçe" ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. "Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 349 399 388 437 361

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.