ADMiN

ADMiN Sağlamlıq / İdman 28-02-2017, 17:39

Ən ziyanlı idman növü açıqlanıb

Ən ziyanlı idman növü açıqlanıb


London Universitet koleci və Kardiff Universiteti alimləri yeni araşdırma nəticəsində aşkar ediblər ki, futbol beyinə mənfi təsir edir.

BBC xəbər verir ki, alimlər müxtəlif illərdə vəfat etmiş 6 futbolçunun beynini tədqiq etdikdən sonra onlarda beynin boz maddəsinin quruluşunda dəyişikliklər aşkar ediblər. Alimlərin fikrinə görə, məhz bu dəyişikliklər onlarda demensiya və vaxtından əvvəl ölümə səbəb olub.

İllər ərzində futbolçular çoxsaylı mikrotravmalar alır ki, bu da beynin toxumasına ciddi ziyan vurur.

Nəticədə idmançılarda baş gicəllənməsi, baş ağrıları, huşsuzluq, əsəbilik kimi simptomlar inkişaf edir. Bu simptomlar idmançılarda xroniki travmatik ensefalopatiyanın inkişafına işarə edir. Vaxt keçdikcə ensefalopatiyanın fonunda ağıl zəifliyi inkişaf edə bilər.

Amerika alimlərinin araşdırmaları göstərib ki, professional səviyyədə Amerika futbolu ilə məşğul olan idmançıların 96%-də xroniki travmatik ensefalopatiya əlamətləri müşahidə olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 513 462 499 505 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.