Haninül-ciz möcüzəsi
Məscid-i Nəbəvi ilk tikildiyi sırada minbərsiz idi. Hz.Məhəmməd (s.a.s.) xütbə irad buyurarkən bir xurma kötüyünə söykənərdi. Uzun müddət bu belə davam etdi. Sonradan, əshabın istəyi üzərinə üç pilləkanlı bir minbər hazırlandı. Artıq Rəsul-i Əkrəm buraya çıxıb xalqa xitab edirdi. Peyğəmbər Əfəndimiz minbərə çıxıb ilk xütbəsini oxuduğunda hamilə dəvə ağlayışına oxşayan acı səslər və ağlamalar eşidildi. Baxdılar, ortada nə hamilə dəvə, nə də dəvə körpəsi var idi. Ağlayan, o quru dirək idi! Kötüyün dəvə kimi ağlamağını, Hz.Məhəmməd (s.a.s.) ilə birlikdə oradakılar da eşidirdi. Heç cür susmurdu. Fəxr-i Aləm minbərdən enib yanına gəldi. Əlini üstünə qoyub təsəlli etdi. Beləliklə, o susdu. Bunun üzərinə səhabələr də göz yaşını tuta bilməmiş və hüngür-hüngür ağlamağa başlamışlardı. Bəli, quru dirək Hz.Rəsulallahdan uzaq qaldı deyə səs verib ağlayırdı. Üzərində edilən "zikrullah"dan ayrı qaldı deyə hamilə dəvə kimi ağlayırdı. Quru dirəyi təsəlli edib susduran Hz.Məhəmməd (s.a.s.), əshabına dönərək, "Əgər mən onu qucaqlayıb təsəlli verməsəydim, Rəsulallahın ayrılığından qiyamətə qədər ağlaması belə davam edəcəkdi." buyurdu. Rəsul-i Əkrəmin əmri ilə bu kötük, minbərin altında qazılan bir çuxura basdırıldı. Sonraları Hz.Osman dövründə məscid yıxılıb yenidən təmir edildiyində, Übey b. Ka'b Həzrətləri onu evinə aldı və çürüyənə qədər saxladı. Quru xurma kötüyünün camaatın gözləri önündə ağlamağı, Hz.Rəsulallahın parlaq bir möcüzəsi idi. Ağaclar belə Hz.Məhəmməd (s.a.s.)'ə meyl və məhəbbət göstərərkən, biz şüurlu, ağıllı insanlar ona qarşı laqeyd davrandıqda, o quru dirəklərdən daha aşağı bir dərəcəyə düşmüş olmarıqmı?






