Hz.Məhəmməd (s.a.s.) və Hz.Ayşə'nin iki bayram arasında nigahlanması
Rəsul-i Əkrəm, Hz.Ayşə ilə Məkkədə nigahlanmışdı. Ancaq toyun vaxtı sonraya buraxılmışdı. Mədinəyə gəldikdən sonra Hicrət'in 1ci ili Şəvval ayında toyları oldu. Hz.Məhəmməd (s.a.s.)'in o sırada 55 yaşı var idi.
Cahiliyyə dövründə iki bayram arasında nigah qıymaq uğursuz sayılardı. Peyğəmbər Əfəndimiz, Şəvval ayında Hz.Ayşə ilə evlənməklə, bu batil inancı ortadan qaldırdı. Onun bu hərəkəti üzərinə eyni ayda başqa nigahlarda qıyıldı.
Rəsuli Əkrəmin "İki bayram arasında nigah qıyılmaz" hədisləri xalq arasında yanlış anlaşılmışdır. Bu hədisdəki məna budur: Bayram, Cümə gününə rast gələrsə, bayram namazı ilə Cümə namazı arasında nigah qıymaq doğru deyildir. Çünki bayram gününün təlaşı çoxdur. Nigahı bu təlaşlarla birlikdə, bayram namazı ilə Cümə namazı arasındakı qısa zamana sıxışdırmaq uyğun olmaz. Ancaq bunu edən şəxsdə haram işləmiş sayılmaz.
Hz.Ayşə'nin Hz.Məhəmməd'in (s.a.s.) yanında digər xanımlarından fərqli bir yeri var idi. Amr b. As, bir gün, "Ya Rəsulallah! Xalqın sənə ən sevgili olanı kimdir?" deyə soruşmuşdu. Rəsul-i Əkrəm, "Ayşə!" deyə cavab vermişdi. "Bəs kişilərdən kimdir Ya Rəsulallah?" deyə sualı təkrarladığındada Peyğəmbər (s.a.s.) "Ayşə'nin atası!" deyə buyurdu.
Hz.Ayşə qüvvətli bir zəkaya sahib idi. Qısa zamanda Hz.Rəsulallah'dan bir çox hədis əzbərlədi, bir çox İslami hökmü öyrəndi. Rəvayət etdiyi hədis sayı 2 min 210'dur. Hz.Məhəmməd (s.a.s.), "Dininizin yarısını bu hümeyra qadından (Hz.Ayşə) öyrənin" buyurmuşdur.
Əbu Musa əl-Əş'ari'nin bu etirafıda eyni nöqtəyə barmaq basmışdır:
"Biz Rəsulallah'ın əshabı, bir hədis-i şərifdə (onu anlamaqda) güclük çəkdiyimiz zaman Ayşə'dən soruşardıq. Onda hədis elminin mövcud olduğunu görərdik"
Hz.Ayşə anamızın elminin dərinliyi İslam hüququna böyük faydalar vermişdir. Qadınlarla əlaqəli bir çox məsələnin qaynağını da o təşkil etmişdir. Günümüzdəki Müsəlman qadınının hədəfi, Hz.Ayşə'yə hər halıyla bənzəməyə çalışmaq olmalıdı.






