amon

amon Sevgi 8-06-2020, 00:49

Halbuki mən bilirdim

Halbuki mən bilirdim
Yalnızlıqlarımın baş tacı, səbəbi sən.

Sən məni heç sevmədin ki, sən. Sənə aşiq gözlərimin sənə baxışlarındakı parıltını sevdin. Sən, adını söyləyərkən eşq dolu tonunu sevdin. Sən, səninlə döyünən ürəyimi sevdin. Halbuki mən bilirdim, bir payız gecəsi, səmada buludların arxasına gizlənmiş ulduzlar kimi idi sevgimiz. Halbuki sən, günəşi istəyirdin, səhər olsun, o sirr qalxsın, o eşq bitsin, o parıltılı ulduzları saxlayan buludlar yox olsun, hər kəs görsün istəyirdin. Halbuki mən bilirdim..

Yalanların var idi mənə, sevgindən çox. Kiçik də olsa, yalanlar söylərdin mənə. Halbuki böyük idi yalanların, inanmışdım. Sevgidən bəhs edərkən yalançıydın sən. Anlaya bilməmişdim, halbuki bilirdim. Gözlərin nə qədər gözəl idi. Heç ağlımdan çıxmazdı, hər gözlərimə baxdıqca, içim ürpəşirdi. Şair deyər "Uçurum olardı, ağlardım" nə gözəl baxardın.

Bilirdim, o baxışlar mənə deyildi, yenə də sevərdim səni, imtina edə bilməzdim. Heç bir zaman mənim olmayacaqdın amma mənə görə sən, hər zaman və yalnız mənimdin. Sevməsən də. Halbuki mən bilirdim. Bilirdim yalanlarını, bilirdim, hər gecə başqa biriylə gəzdiyini. Bilirdim, gözlərinin içi eşq ilə deyil yalanla güldüyünü. Bilirdim, məni sevmədiyini.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
792 666 672 569 655 709

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.