ice berg

ice berg İdman 23-01-2021, 16:00

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 800-cü qolunu vurub

"Qarabağ" Qurban Qurbanovun rəhbərliyi altında 800-cü qolunu vurub
“Qarabağ” komandası Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qoluna imza atıb.

LoaDinG.aZ"Report"a istinadən xəbər verir ki, bu topu Rahil Məmmədov vurub.

26 yaşlı müdafiəçi Premyer Liqanın XIV turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açıb.

2008-ci ilin yayından Ağdam klubunda işləyən 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.

Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 376 413 349 353 438

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.