ParadiseSark

ParadiseSark Hekayələr 25-01-2021, 08:30

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 24.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 24.
24-cü bölüm.
-----
Maşına söykənib məni gözləyirdi. Onu görəndə ürək döyüntülərim artırdı. Ölümə belə onunla getməyə hazır idim. Kənana yaxınlaşdım. Sanki, məni ilk dəfə görürdü. Diqqətlə mənə nəzər saldı. Bu hərəkəti məni güldürdü:"Yaxşısan, Kənan"?
Kənan mənə sarılaraq: "Sən yanımda olduğun hər an Yaxşıyam" dedi. Bu an sözlə ifadə olunmaz idi. Onun yanında olanda pis hər şeyi unudurdum. Anın bitməsini istəməsəm də həyətə daxil olan maşın siqnalı bizi ayırdı. Cəld maşına əyləşib digər maşına yol verdik..
Mən: Əgər getmək istəmirsənsə, səni anlayıram.
Kənan: Bunu danışdıq axı. Gedəcəm dedimsə, gedəcəm.
Mən: Hı.. Hirsli görünürsən. Nə isə olub?
Kənan: Əksinə, çox sakitəm. ( Göz qırpdı)
Təxmini 20 dəqiqəlik yoldan sonra Kərimin evinə çatdıq. Maşın dayananda Kənana baxdım. Bildirməsə də həyəcanlı olduğunu anlayırdım. Bu gün bura Kərim üçün gəlmişdik. Maşından enəndə Kərimdən zəng gəldi: " Nazlı,gəlirsən?"
-Qapıdayıq, Kərim.
Kənan əlimdən tutdu:"Buz kimi soyuqdur əllərin,Nazlı".
Əlini sıxdım:" Həmişə belə olur. Həyəcandandır".
Qapının zəngini basmamış qapı açıldı. Kərim gülümsəyərək bizlə salamlaşdı. İçəri keçib salona doğru irəlilədik.. Kərimin çəkdiyi şəkil və tablolar salon boyu düzülmüşdü. Divarlarda quraşdırılan iri işıqlar şəkilləri daha cəlbedici göstərirdi.. Salonda dayananlar məmnun halda gülümsəyirdilər. Kərimin də əhvalı buna görə yaxşı idi. İlk sərgi olduğu üçün həyəcanını hiss etmək olurdu.. Lakin, kədərini gülüşləri arxasında gizlətmişdi.. Fikirlərimdən Məryəm xanımın səsi ilə ayıldım. Utancaq şəkildə çiynimə toxunub mənimlə salamlaşdı. Məndən çəkinirdi, lakin mən onla kinli davrana bilmirdim.. Gülümsəyib ona qarşılıq verdim və cəld Kənana baxdım. Alnı tər içində idi. Yumruğunu sıxmış, gözləri böyümüşdü. Məryəm xanım Kənanla salamlaşsa da Kənan onu öldürəcək şəkildə dayanmışdı. Kənanın qoluna toxundum. Dik atılıb mənə baxdı.
- "Kənan, Məryəm xanım Kərimin anasıdır. "
Kənan özünü düzəldib öskürdü. Məryəm xanımın əlini tutaraq qarşılıq verdi: " Bağışlayın.. Şəkillər o qədər gözəldir ki..Diqqətim orada idi.Məmnun oldum.. Keçən dəfəki qarşılaşma çox xoş olmadı. Üzrlü sayın. Yaxşı deyildim".
Məryəm xanım əlini Kənanın çiyninə toxunduraraq qayğıkeş səslə: " Heç önəmli deyil, Oğlum.. Sanki, səni tanıyıram. " dedi. Kənanın gözləri doldu. Çətin vəziyyətdə qaldığını bilirdim..
Kənan:Xeyr,Məryəm xanım..Çətin tanıyasız məni. Uzun müddətdir ölkə xaricində yaşayırdım. Vətənə yeni qayıtmışam.
Məryəm xanım: Anladığım qədər Nazlı ilə sən...
Kənan Məryəm xanımın sözünü kəsərək: "Yaxında nişanımız olacaq" dedi.
Bu dəfə təəccüblə Kənana baxdım. O da mənə baxıb gözünü qırpdı.. Məryəm xanıma baxıb Kənanın sözlərini təsdiq etdim..
Məryəm xanım: Çox xoşbəxt olun.
Söhbətimizi mikrofon arxasında dayanan Kərimin səsi böldü.
- Hər biriniz xoş gəlmisiz. Mənim ən özəl günümdə iştirak etdiyiniz üçün sizə təşəkkür edirəm. Uşaqlıq arzum bu gün reallaşır. Buna görə həyəcanlıyam. Rəsimlərdə insanı təsirləndirəcək toxunuşlar var. Bunu anlamaq üçün gözlərinizi ayırmadan özünüzü o rəsmin içində təsəvvür edin. O zaman nə dediyimi anlayacaqsız. Bütün şəkillər açıq şəkildə olduğu halda gecənin sürprizi bu ağ parçanın altındadır. Az sonra görəcəyiniz tablo mənim ilham mənbəyim oldu. (Kərim yanında dayandığı tablonun üzrəindəki parçanı götürdü.)
Salonda qarışıq səslər eşidildi. İlahi, Bu mənim şəklim olan tablo idi. Kərim fotoqrafla çəkdiyi şəklin eynisini rəngli boyalarla yenidən yaratmış və hər ikisini yanaşı qoymuşdu. Bu mənzərə həqiqətən gözəl və əvəzolunmaz idi..Kərimin səsi ilə fikirlərimdən ayrıldım.
- Əziz qonaqlar, gördüyünüz gözəllik abidəsi mənim İlham Pərim'dir. Gecənin sürprizi bu möhtəşəm tablodur. Sizi bu gözəllik abidəsi ilə canlı olaraq tanış etmək istəyirəm. Nazlı, zəhmət olmasa gəl.
Kərimin məni çağırmasına utandım. Görəsən, atam burada idimi? Kərim yenidən məni çağıranda irəli getdim. Gözlərimlə atamı axtarsam da onu görmədim. Mikrofon əlimdə nə deyəcəyimi fikirləşdim.
- Hər birinizi salamlayıram. Ola bilsin ki, Kərim məni çox təriflədi. (Gülümsədim) Bu şəkil sayəsində Kərimlə tanış olmuşuq. Lakin şəklin eynisini rəngli boyalarla işləyən Kərim məni də təəccübləndirdi. Sizlərə təşəkkür edirəm.
Mikrofonu Kərimə doğrultdum. Utandığımdan doğru-düzgün bir söz deyə bilməmişdim..Kənanın gözləri bizdə idi. Nə düşündüyünü anlaya bilmirdim. Kənan həyətə doğru çıxanda mən də onun arxasınca getdim.
Mən: Yaxşısan?
Kənan: Hə, sadəcə burada dayanmaq çətindir..
Mən: Getmək istəyirsən?
Kənan: Yox.
Mən: Nə olub bəs?
Kənan: Kərim...səni necə də gözəl təsvir edib..Olduğun kimi.. Gözlərindəki kədərin rəssamı isə mənəm.. Nə acı..
Bir söz deyə bilmədim. Başımı aşağı saldım. Kənan üzümə toxundu. Gözlərinə baxdım.
Mən: Daha keçib. Biz birlikdəyik.
Kənan: Unutmamısam. Unuda bilməyəcəksən..
Mən : Kənan...
Kənan: Bilirsən, sənin acın icazə vermir ki, başqa acı mənə təsir etsin..
Mən: Nə deməyimi istəyirsən? Səni bağışlamışam. Səndən küsmədim, incimədim.. Sənə nifrət belə edə bilmədim. Mənə tək sən toxundun.. Bütün duyğularım səndə qaldı..
Kənan: Unuda biləcəksən?
Mən: Unuda bilməyəcəm. Ancaq, o gecəni gözəl xatirəyə çevirə bilərəm.
Kənan gülümsədi:Bu necə olur?
Mən: Lap əla olur. Peşman olmaq istəmirəm daha. Sənlə gözəl günlər keçirib, onları gözəl xatirələrə çevirə bilərik. Necə fik...
Kənan sözümü bitirməmiş məni özünə çəkdi.. Dodaqlarının istisini hiss etdim. Ona qarşı qoya bilmədim.Gözlərimi bağlayıb əllərimi Kənanın sinəsində birləşdirdim.. Yanaqlarımın yandığını hiss edirdim. Bu ani yaxınlaşma məndə qəribə duyğular oyatmışdı. Ürəyim yerindən çıxacaqdı. Kənan alnını alnıma söykədi: "Sən nə qədər şokolad yemisən?".
Sualını anlamayıb üzünə baxmağa çalışdım. Üzündəki hiyləgər gülümsəmə məni lap utandırdı:"Mənim ilk öpüşüm".
Kənan əlimdən tutdu: Artıq bir gözəl xatirəmiz də oldu...
Mən: Bayaq dediyin.. Nişanlamaq məsələsi..Ciddi deyirdin?
Kənan: Əlbəttə. Heç olmadığım qədər ciddiyəm. Yoxsa sonsuza qədər ayrı yaşamaq istəyirsən? ( Dodaqları yuxarı doğru qıvrıldı)
Gülümsədim: Burada çox qaldıq. İçəri keçək?
Kənan: Adam çoxdur deyə sıxılıram.
Mən: Kərimlə.. danışacaqsan?
Kənan: Kərimə baxdıqca.. Azadı xatırlayıram..
Mən: Elədir. Mən də Kərimlə qarşılaşanda.. Azada bənzətmişdim.. Ona "Yox" deyə bilmədim buna görə. İndi hər şeyi anladın?
Kənan anlayışla başını silkələdi..
Mən: Azadla gözəl xatirələrim olub. Kaş yaşayırdı. Kaş bu günləri görərdi. Kaş mən əvvəldən bilərdim qardaş olduğunuzu. Kənan, bu sənin ikinci şansındır.. Azadı itirməyinin acısı Kərimi tapmağınla keçə bilər..
Kənan: Bilirəm, Nazlı.. Azada sevgimi göstərə bilmədim. Çox peşmanam.. Ancaq indi çox çətindir mənim üçün..Hər şey bir tərəfə indi mən Kərimin qarşısına keçib necə deyim.. Necə deyim ki, Mən sənin qardaşınam?
Söz deməyə hazırlaşırdım ki, arxadan Kərimin səsi eşidildi: Nə dedin? Nə dedin sən?
İkimiz də geri çevrilib həyəcanla Kərimə baxdıq.. Həyətin qapısı açılanda nəzərlərimi oraya yönəltdim. Atam gəlmişdi..Onu görüb daha çox həyəcanlandım. Ayaqlarım əsdi, Nəfəs ala bilmirdim. Qulaqlarımda yaranan küy ətrafdakı səsləri uğultuya çevirdi.. "Kənan" deyə bildim var-gücümlə. Sanki, heç oyanmayacağım bir yuxuya dalırdım. Kənan məni görüb üstümə qaçdı. Burnumdan axan qanın dadını hiss elədim. Yer məni özünə çəkdi. Kənanın qolları arasına yıxıldım. Əlimlə Kənanın üzünə toxundum.. Kənanın səsi quyudan gəlirdi elə bil: Yox, yox. Nazlı.. Özünə gəl. Səni sevirəm. Səni sevirəm..
Qaranlıq boşluqda idi bədənim.. Azad qarşıda dayanıb mənə gülümsəyirdi. Onu görüb sevinmişdim. Qaranlığı aydınladırdı Azad. Əlimi ona uzatdıqca məndən uzaqlaşırdı.. Geri çevrilib Kənanı gördüm. Əlini mənə uzatmışdı. Ona tərəf qaçmaq istəsəm də ayaqlarım yerdən qopmurdu... Qışqırtım əks-səda verdi boşluqda.. Son pərdə endi.. Həyat işığı mənim üçün sönmüşdü...

24-cü bölüm sonu.

Müəllif-ParadiseSark.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
888 871 746 706 855 744

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.