ice berg

ice berg Mətbəx 25-01-2021, 17:30

Simit

Simit
Tərkibi:

Xəmir üçün:
- 400 qr un (təxminən)
- 2 ç.q. quru maya
- 125 qr ilıq su
- 4 x.q. bitki yağı
- 1 ç.q. şəkər tozu
- yarım ç.q. duz


Simitlərin üzərinə:

- 150 qr su
- 1 x.q. bal
- küncüt

Hazırlanması:

Maya və şəkəri ilıq suda əridin. 10-15 dəqiqə isti yerdə saxlayın (maya qalxmalıdır).
Mayanı dərin qaba tökün, duz və 3 x.q. bitki yağı əlavə edin, yaxşı qarışdırın.
Ələnmiş un əlavə edin, xəmir yoğurun.
1 x.q. bitki yağı əlavə edin, yenə yoğurun.
Xəmiri kürə şəklinə salın, qabda 1 saat saxlayın (qabın üzərinə plyonka çəkin).
Xəmiri bir az yoğurun, 4-5 hissəyə bölün, hər hissəni jqut formasında yayın, bir az burun, qıraqları yaxşı yapışdırın. Qaba150 ml su tökün, içində 1 x.q. balı əridin. Küncütü düz boşqaba tökün. Simitləri əvvəl suya, sonra küncütə batırın.

Tavaya kağız sərin, simitləri düzün, yarım saat isti yerdə saxlayın.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, simitləri təxminən 20 dəq. bişirin (qızarana kimi).

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 465 437 487 415 450

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.