KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 29-01-2021, 19:00

Mövla

Mövla
Necə qıydın vurasan
zərbəni Mövla başına?
Sən bu zərbənlə salıbsan qara Zəhra
başına.
Əlinin fəzlini inkar edənin yoxdu
dini,
Heç zaman çatmayacaq dinsizin
məna başına.
Əli bir güldü , onun ətrinə dünya
yığılıb,
Sanki bülbül dolanır baxçada rəna
başına.
İbni Mülcəm düşüb ol sevdaya
Mövlanı vurub,
Görüm olsun neçə lənət belə sevda
başına.
Əliyə zərrə qədər olsa kimin şəkki
əgər,
Yıxılıbdır deməli hər iki dünya
başına.
Seyyidəm kaş ki, mənə Kərbubəla
qismət ola,
Dolanım şövq ilə səhradakı Səqqa
başina.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
535 592 536 590 489 523

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.