ice berg

ice berg Xəbərlər 29-01-2021, 16:30

Azərbaycanda sosial kartlar ləğv olunacaq

Azərbaycanda sosial kartlar ləğv olunacaq
Azərbaycanda sosial kartlar ləğv olunacaq.

LoaDinG.aZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli "Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər" mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

M.Abbasbəyli deyib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilib. Onun sözlərinə görə, Agentliyin elektron sistemlərində də müvafiq uyğunlaşdırmalar artıq təmin olunub və qurum bu prosesə tam hazırdır:

"Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik. Şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb. Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
324 323 346 360 257 313

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.