Nöqtə,nöqtə və nöqtə
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdıği
Dodaq su sevən kimi.
O isə səni sevir,
Rahatca bardaş qurub,
-Kabab üstən sərin su pis olmaz-deyən kimi...
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
İynənin ucu boyda işığa həsrət qalan göz
işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda
Işıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin!
Qısılmasın nəfəsin!
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi
Səs kimi,
Qüdrət kimi!
O isə səni sevir,
Bir otaq küncündəki
Qəmli sükunət kimi!
Bu o, bu mən, bu da sən...
De görək nə deyirsən.
Ancaq yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm,
Nöqtə, nöqtə, və nöqtə...
İki qəlb arzususan.
Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdıği
Dodaq su sevən kimi.
O isə səni sevir,
Rahatca bardaş qurub,
-Kabab üstən sərin su pis olmaz-deyən kimi...
Gözəl qız, sən işıqsan,
Yurduma yaraşıqsan.
Mənsə səni sevirəm
İynənin ucu boyda işığa həsrət qalan göz
işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda
Işıqlardan yaranmış yaraşıq sevən kimi.
Danış, ucalsın səsin!
Qısılmasın nəfəsin!
Mən ki, səni sevirəm
Bakıdan, Daşkəsəndən gələn bir səda kimi
Səs kimi,
Qüdrət kimi!
O isə səni sevir,
Bir otaq küncündəki
Qəmli sükunət kimi!
Bu o, bu mən, bu da sən...
De görək nə deyirsən.
Ancaq yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm,
Nöqtə, nöqtə, və nöqtə...







