KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 30-01-2021, 15:00

Bilmirəm neynəyim həsrətin keçə

Bilmirəm neynəyim həsrətin keçə
Bilmirəm neyləyim həsrətin keçə,
Dərdlərin yandırdı qəlbi ocaqda.
Gözlərim yumulmur həsrətdən gecə,
Sən necə yatırsan özgə qucaqda?
Gizlincə izləyir gözlərim səni,
Saxlaya bilmirəm gözümün yaşın.
Gördüyüm mənzərə dağlayır məni,
Tutub əllərindən həyat yoldaşın.
Istədim söz deyim,nəsə söyləyim,
Dilim danışmadı,susub dayandı.
Sevgi laylasıyla yatan ürəyim,
Həyat şilləsiylə qəfil oyandı.
Gedişin sirdaşım,həsrətin tənim,
Dağıtdın qəlbimi kim gəlib yığa?
Oğluna adımı vermisən mənim,
Bənzəyir sonrakı peşmançılığa.
Xoşbəxt günlərimə gətirdin ölüm,
Bəxtimin önünə hörmüsən toru.
Qoruya bilmədin sevgimi gülüm,
Son sözüm budur ki özünü qoru.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
438 433 455 416 484 451

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.