KiBirLi_PrenS.

KiBirLi_PrenS. Hekayələr 31-01-2021, 22:00

Sevgidən küsməyin

Sevgidən küsməyin
İncidilər, küsdülər.Heç nəyin üstündə.Oğlan dedi filan kinoya gedək,qız dedi yox,o kinoya getməyək.Sonra oğlan dedi ki,birtəhər olmusan,sözümü eşitmək istəmirsən.Qız hirsləndi,cavab qaytardı ki,birtəhər özünsən.Sonra dinmədilər,səhəri gün qız görüşə gəlmədi.Oğlan eşitdi ki,qız küsüb... Bir neçə gün beləcə kedi.Sonra oğlan düşündü ki, bəlkə məni sınayır,bəs mənə nə gəlib? Xəbər göndərdi ki,filan yerdə gözləyirəm,gəlsin.Qız cavab qaytardı-onun ayağınamı gedim mən?Oğlan əsəbləşdi,lakin özünü ələ aldı.Qız gəlmədi. Bir gün küçədə qarşılaşdılar.

Oğlan: -Bir dəqiqə dayan,sözüm var.
Qız ayaq saxladı.
Oğlan dedi: -Axı sevənlər küsər də,barışar da.
Qız dilləndi: -Dedinmi sözünü? Gedə bilərəmmi daha?
Oğlan gözlərini qıydı,baxışlarını qızın gözlərinə dikdi.Həmişə dəniz kimi dalğalı görünən gözlər Çox mülayim görünürdü bu gün.Heç nə yox idi orada.Ürəyi ağrıdı oğlanın.Birdən ele bil nəsə uçdu ürəyində.Uçdu,dağıldı...
-Get,- dedi,get...Bir halda ki səndə səni mənim yanımda saxlaya biləcək heç nə qalmayıb.

Qız dinmədi.Gözlərini oğlanın üzündən ayırmayıb bir addım atdı kənara.Yenə bir addım.Sonra da birini...Getdi.Səssiz,sakit.Budaqdan qopan yarpaq kimi,üfüqdə batan günəş kimi,sönən fəvvarə kimi,susan nəğmə kimi. Oğlan yerindən tərpənmədən onun ardınca baxırdı. Demə küsmək bəhanə imiş Baxdı,baxdı,xeyli baxdı. Heç olmasa bir dəfə geri boylanaydı,son dəfə əl edəydi.Baxışları uzandı.Qız yol getdi baxışlarında.Getdi,getdi,nöqtəyə döndü sonda. Məhəbbətə nöqtə qoyuldu...

Hardansa oğlanın yadına durnalar düşdü.Uşaq vaxtı son baharda beləcə baxardı onların ardınca.Durnalar uçardı,uçardı,nəhayət nöqtəyə dönərdi mavi göylərdə. Oğlan durnalarla qızlar arasında bir bənzəyiş gördü.Uçub gedərlər durnalar da.Qızlar da uçub gedərlər,harda bahar var-ora... Sonra elə bil payız küləyi əsdi,oğlan soyuqdan titrədi. İxtiyarsız halda öz-özünə pıçıldadı: Harda bahar var...uçarlar payızdan...Bəlkə...Bəlkə.... Qayıdacaq!! Amma artıq gec idi! ...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
425 405 419 425 405 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.