KiBirLi_PrenS.

KiBirLi_PrenS. Hekayələr 2-02-2021, 10:13

HekaYe

HekaYe
Ölmək üzrə olan yaşlı bir ata, yatağının başına üç oğulunu çağıraraq, onlara vəsiyyət edir: Ey oğlanlarım, mən öləndə, bir-birinizlə mübahisə etməyəsiz deyə, sizə sahibi olduğum 17 dəvəni paylaşdırmaq istəyirəm. Miras olaraq dəvələrin yarısını böyük oğluma, üçdə birini ortancıya, doqquzda birini isə kiçik oğluma verirəm. Atalarının ölümündən sonra, irsi atalarının vəsiyyəti əsasında bölüşdürmək üçün qardaşlar bir araya gəlirlər. Lakin heç cür həll edə bilmirlər. Mirası atalarının istədiyi kimi bölə bilmirlər. Çünki 17 rəqəmi nə 2 yə, nə 3-ə, nə də 9 a bölünə bilməz. Bu işin öhdəsindən ancaq kəndin təcrübəli, yaşlı müdriki gələr! deyə düşünüb, onun yanına gedərək, danışırlar. Müdrik adam Mənim bir dəvəm var, onu da götürüb yenidən hesablayın! deyirBu comərdliyə heyrətlənən oğullar, 18 dəvəni bölüşməyə başlayırlar. Əvvəl ikiyə bölürlər, böyük oğul 9 dəvəlik payını alır. Sonra üçə bölürlər, çıxan 6 dəvəni də ortancıl oğul alır. Daha sonra doqquza bölərək 2 dəvəni də kiçik oğul alır. Amma, bütün dəvələri paylaşdıqdan sonra ortada artıq bir dəvə qalır. Oğullar bu vəziyyətə də bir həll gətirməsi üçün yaşlı müdrikə müraciət edirlər. Müdrik adam gülür və: Yaxşı elə isə! deyir. Probleminiz həll olunduğuna görə, mən də dəvəmi geri alım. Müdrik adam eynilə məlumat katalizatoru olaraq hadisəyə müdaxilə edər, məsələni həll etdikdən sonra hadisədən çıxar. Problemi həll etməkdə insanlara köməkçi olar, amma özündən də bir şey azalmaz. Xüsusilə sevgi və məlumat verdikcə azalmayan, daha da çox artan, tükənməz bir xüsusiyyətə və gözəlliyə malikdir

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
518 433 406 464 497 464

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.