Sevməyi istəmə məndən
Səni sevməməyi istəmə məndən.
İstəmə unudum xəyallarımı,
Səni unutmağı gözləmə məndən.
İstə ürəyimi, istə canımı,
Səni sevməməyi istəmə məndən.
***
Demirəm eşqimin önündə əyil.
Səni çox sevirəm bunu yaxşı bil.
Onsuz da ürəyim unudan deyil
Səni sevməməyi istəmə məndən.
***
Eşqinlə yanıram közümü istə,
Bir dəfə əl açıb özümü istə.
Hədiyyə edərəm gözümü istə
Səni sevməməyi istəmə məndən.
***
Yandırır qəlbimi sevmə sözlərin,
Məni sevdiyini deyir gözlərin.
Əbədi qalacaq qəlbində yerin
Səni sevməməyi istəmə məndən
***
Sevgim ürəyimdə dünyadan baha,
Ölüb tapşırıram səni Allaha.
Nə olar sevgilim, nə olar daha
Səni sevməməyi istəmə məndən.
İstəmə unudum xəyallarımı,
Səni unutmağı gözləmə məndən.
İstə ürəyimi, istə canımı,
Səni sevməməyi istəmə məndən.
***
Demirəm eşqimin önündə əyil.
Səni çox sevirəm bunu yaxşı bil.
Onsuz da ürəyim unudan deyil
Səni sevməməyi istəmə məndən.
***
Eşqinlə yanıram közümü istə,
Bir dəfə əl açıb özümü istə.
Hədiyyə edərəm gözümü istə
Səni sevməməyi istəmə məndən.
***
Yandırır qəlbimi sevmə sözlərin,
Məni sevdiyini deyir gözlərin.
Əbədi qalacaq qəlbində yerin
Səni sevməməyi istəmə məndən
***
Sevgim ürəyimdə dünyadan baha,
Ölüb tapşırıram səni Allaha.
Nə olar sevgilim, nə olar daha
Səni sevməməyi istəmə məndən.







