Diablo

Diablo İdman 2-02-2021, 19:15

Braziliyalı qapıçı oyun vaxtı ağır zədə aldı

Braziliyalı qapıçı oyun vaxtı ağır zədə aldı
Braziliya A Seriyasının XXXIII turunun "Vasko Da Qama" - "Baiya" matçında xoşagəlməz hadisə baş verib.

Loading.az-ın məlumatına görə, görüşün 80-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Duqlas Fridrix ağır zədə alıb.

Rəqib komandanın müdafiəçisi Leandro Kastan qol vurmaq istəyərkən ayağı ilə qolkiperin sifatinə zərbə endirib. Futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub.

Hadisə nəticəsində Fridrixin üzünə 5 tikiş atılıb. Kastan isə matçdan sonra paltardəyişmə otağına gələrək qapıçıdan üzr istəyib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 384 400 408 495 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.