İllər çəkən bərabərliyimiz özündə çoxlu xatirələr toplamışdı
İllər çəkən bərabərliyimiz özündə çoxlu xatirələr toplamışdı , əlbəttə. Hədiyyələr var idi , məsələn. Hirsli , kefsiz , sevincli , həyəcanlı , günahkar mesajlarla dolu telefonlar var idi bizə qalan. Şəkillər var idi, sonra..çoxlu şəkillər.. hamısında fərqli idi simamız.hamısında eyni idik biraz. Uşaqlığımız solmuşdu bəzi şəkillərimizdə , böyümüşdü , dəyişmişdi , yorulmuşdu cizgilərimiz.. bəzilərində ürəkdən gülürdük.. gözlərimiz itirdi üzümüzdə..qırışlarımızı vecimizə almırdıq o vaxtlar..ən son çəkdirdiklərimizdə gülmürdük çox, məsələn.. üstümüz başımız dəbə uyğun geyimlərlə dolmuşdu..saç-baş dəyişib , rənglənib , qısaldılıb. İndi divanda oturub yan - yana düzmüşəm hamısını. Sıra ilə baxıram uşaqlıqdan böyüklüyə keçdiyimiz bütün yollara. Ətim ürpərir bir an. Yağlı boya şəkillərdə çəkilən insanlara diqqətlə baxanda təsvir edilən insanların üzünün tərpəndiyini zənn edib necə qorxarsa insan , eləcə saf bir qorxu yaranır içimdə dəyişən simalarınıza baxdığım zaman.
Rəfdəki kitablarıma baxıram , bir çoxunun ön səhifəsində xəttin var . Hərəsinə fərqli cümlələr yazmısan . Bir neçəsini heç oxumamışam . Eləcə vərəqləyirəm arada. Səhifələr arasında əllərinə toxunan əlfəcinlər tapıram , qorxuram toxunmağa , silinər deyirəm birdən barmaq izlərin. Hərdən də dözə bilməyib toxunuram varlığından sübut daşıyan irili xırdalı hərflərə , öpürəm barmaq uclarını.. darıxıram sözün qısası..zamanla da aram yoxdur bu ara..nə vaxt yanında onu da gətirsən , barışaram bəlkə.. (c)