İnsanlar 100 il sonra necə görünəcək?

Alimlər son zamanlar gələcəkdə insan orqanizminin daha inkişaf etmiş, daha güclü və daha sürətli olması üçün protezlər, implantlar və genetik dəyişdiricilər icad edirlər. Bu ixtiralar mükəmməl olduğu qədər dəhşətlidirlər, çünki özümüzü mükəmməlləşdirmək məqsədi ilə bir qədər uzağa getmiş olacağıq. Əgər cinsimizin standartı qüsursuz bir bioloji quruluş olacaqsa, bəşəriyyətin gələcəyi tamamilə mükəmməlliyin ardınca qaçmağa bağlı olacaq.
Harvard universitetinin tədqiqatçı Juan Enriquezeyə görə, yenidən formalaşdırılmış genlər orqanlar və hüceyrələr sayəsində sürətli inkişaf edəcək təkamül başlayacaq. Və bizi bir vaxtlar uça bilməyən dinozavrların qarşılaşdıqları tənəzzüldən xilas edəcək.
Dünya tarixində daha öncə 5 ədəd kütləvi məhvin baş verməsi bəşəriyyətin dünya üzərindən tamamilə silinəcəyi ehtimalını gücləndirir. Mənbəyi bir asteroit, epidemiya və ya bir super vulkan olsun, ya da olmasın. Keçmişimizin bizə öyrətdiyi bir şey varsa, o da rahatlıqla yaşadığımız kainatın bu balaca sahəsində zamanımızın məhdud olmasıdır. Artıq nə qədər narahatedici görünsə də, etik olaraq bu qaçılmazlığa hazırlaşmaq öz əlimizdədir.
Enriquezin bildirdiyinə görə, kütləvi məhv əməllərin təbii və normal olduqlarına, eyni zamanda dövri sistemdə olduğuna inanırıqsa, sortlarımızı şaxələndirmək artıq bir zərurət halına gəlib. Marsı ələ almalıyıq.
Gələcəkdə bir gün dünya üzərindəki həyatı məhv edəcək bir hadisə baş verəndə, Qırmızı Planetin qaydalarına kifayət qədər müqavimət göstərmək üçün biologiyamızda dəyişikliklər etmək lazımdır. Bu dəyişikliklər bizi super-insan hisslərinə sahibləndirəcək implantlar yerləşdirməkdən və ya çox daha sürətli qaça biləcəyimiz skeletlər inkişaf etdirməkdən ibarət deyil.
Əgər Günəş Sisteminin geri qalanında da yaşamağı düşünürüksə, Kardaşev miqyası üzərində 3-cü növ bir sivilizasiya qurmağımız lazımdır. Yəni, cinsimizin həyatda qalması üçün gözəgörünməz olmaq lazımdır.
Juan Enriquezin deyimiylə, bir İç-Günəş Sistemi mədəniyyəti olmaq üçün 3-cü növ bir sivilizasiya yaradılacaq və bu sivilizasiya dünya üzərindəkindən çox fərqli görünəcək.
Moderator.az






