ice berg

ice berg İdman 5-02-2021, 12:12

"Çelsi" Eden Azarın qayıdışı imkanlarını nəzərdən keçirir

"Çelsi" Eden Azarın qayıdışı imkanlarını nəzərdən keçirir
"Çelsi" futbol klubunun rəhbərliyi “Real Madrid”in hücumçusu Eden Azarın komandaya qayıdışı imkanlarını nəzərdən keçirir.

LoaDinG.aZ xəbər verir ki, bu barədə “Defensa Central” bildirib.

Məlumata görə, futbolçunun səhhətindəki problemlərə baxmayaraq, London klubu onu geri qaytarılması mümkün olan oyunçuların siyahısına daxil edib. Bu halda "Çelsi" oyunçunu əhəmiyyətli endirimlə geri qaytarmağı nəzərdə tutur. Qeyd edilir ki, “londonlular” Azar üçün təxminən 40-50 milyon avro ödəməyə hazırdırlar.

Eden Azar “Real Madrid”ə 2019-cu ilin yayında “Çelsi”dən keçib. Transferin məbləği 100 milyon avrodan çox olub.

Xəsarətləri olan 30 yaşlı belçikalı cari mövsümdə İspaniya Primerasının 8 matçında iştirak edərək 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 366 395 384 378 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.