ice berg

ice berg Şeirlər 6-02-2021, 16:31

Oyaqdı

Oyaqdı
Heç bilmirəm necə deyim, nə deyim, -
Mən çaşmışam, inciyən sən, küsən sən.
Bu görüşdən xəbərsizdi ürəyim,
Elə bil ki, nə mən mənəm, nə sən sən.

Sən dediyin mən deyiləm, bədəndi,
Ötəridi duyğusu da, hissi də.
Ürək yoxsa, o bilmirəm nədəndi,
Birləşdirib ayıracaq bizi də…

Bu dünyada bir dünyam var narahat,
Mən özüm də narahatam nə vaxtdı.
Qolum üstdə sən yatırsan bu saat,
Ürəyimdə başqası var, oyaqdı.

Nəriman Həsənzadə.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 541 555 559 478 596

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.