Yaxşı bax özünə

Yaxşı bax özünə,
Sənə baxdığım kimi
Əllərini yaxşı qoru..
Saçlarından muğayət ol.
Sənə geridə,
Ən gözəl günlərin hüzünlərini qoyub gedirəm.
Yaxşı bax üzümə,
Gör səni sevdiyim kimi qalıb mı?
Düşüb dodaqlarım ovuclarına
Qollarım boynundan,cibimə düşüb
Bütün üzüntülərini əsirgəyib gedirəm.
Alıram kövrəkliyini,
Büzülən dodaqlarının altındakı titrəyişi,
Çatılan qaşlarındakı uşaqsı çarəsizliyi,
Bütün şanslarımı verib gedirəm.
Özünə yaxşı bax,
Səni sevirəm. 💙







