Diablo

Diablo Xəbərlər 8-02-2021, 22:30

Qaza görə borcumuz SMS-lə bildiriləcək

Qaza görə borcumuz SMS-lə bildiriləcək
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayır.

Loading.az Axşam.aza istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bununla bağlı proqramlaşdırma işləri tamamlanmaq üzrədir:

“Yaxın 10 gün ərzində proses tam reallaşdırıla bilər. Ümumilikdə, Birlik üzrə qeydiyyatda olan 2 milyon 400 minə yaxın əhali abonentinin araşdırma zamanı təxminən 700 minə yaxın olanının mobil telefon nömrələrinin baza məlumatlarında əksini tapdığı məlum olub.

İlkin olaraq Bakı şəhəri və Abşeron yarımadası üzrə borcu ən azı 10 manat olan 40 min abonentə SMS bildirişlərin göndərilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə isə proqram təminatı təkmilləşdirilməklə, bildirişlərin göndərilməsinin əhatə dairəsi genişləndiriləcək.

Dəqiqləşdirmə aparmaq məqsədilə abonentlərimizdən xahiş edirik ki, istifadələrində olan mobil telefon nömrəsini və qaz sayğacının fotosunu 077 3 104 104 saylı votsap nömrəsinə göndərsinlər”.

Qeyd edilib ki, onların məlumatları da abonent bazasının mövcud məlumatları ilə bir daha yoxlanılacaq. Əgər bazada yoxdursa, əlavə ediləcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
288 372 349 327 379 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.