ice berg

ice berg Məşhurlar 9-02-2021, 20:46

Bu məşhurlar beyinlərinə çip TAXDIRACAQLAR

Bu məşhurlar beyinlərinə çip TAXDIRACAQLAR
"SpaceX", "Tesla" və "Neuralink" şirkətlərinin rəhbəri İlon Maskın sevgilisi, müğənni Qrayms (Claire Boucher) beyninə çip (naqil - red.) taxdırmağı planlaşdırır. O, repçi Lil Uzi Vertlə birgə belə bir addım atacaq.

LoaDinG.aZ xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan xəbərləri hər iki məşhur sima təsdiqləyib.

"Çiplər üçün 2022-ci ili hədəf alaq. Təcrübə əməliyyatı müvəffəqiyyətlə baş tutsa, görmədiyimiz varlıqlar barəsində məlumatımız olacaq", - Qrayms bildirib.

Qeyd edək ki, "Neuralink" şirkəti ilk olaraq Gertrude adlı bir donuza beyin çipləri tətbiq edib. Bu çiplər beyin siqnallarının bədən hərəkətləri ilə necə şərh olunduğuna dair məlumatları qeyd etmək üçün istifadə edilib.

İlon Mask beyninə yerləşdirilən çip sayəsində video oyun oynaya bilən bir meymunun olduğunu da iddia edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 459 470 457 397 429

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.